“Beynəlxalq analitik mərkəzlər Azərbaycanı dünyaya nümunə çəkirlər”
Tarix: 11.09.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Aydın Hüseynov: “Bu, onu göstərir ki, Azərbaycan dünyanın ən tərəqqi edən kəsiminə daxildir və demokratik, dünyəvi inkişafımız dünyanın qabaqcıl qismində də təqdir edilir”

Bu sayımızda xəbər verildiyi kimi, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlövhəli təhlili yazı hazırlanmış və həmin material sentyabrın 9-da qurumun saytında yerləşdirib. Burada Azərbaycanın uğurları obyektiv olaraq sadalanır, dövlətimiz müstəqil inkişaf edən dövlət və uğurlu milli müstəqil inkişaf modeli kimi bölgə ölkələrinə nümunə göstərilir. Həmçinin bəzi beynəlxalq qurumların Azərbaycanla bağlı hesabatlarında qərəzlərə yol verdikləri ifşa edilir, onların bu cür hesabatlarının qərəzli olduğu və həqiqəti əks etdirmədiyi bildirilir.
“Palitra”ya bu barədə münasibətini bildirən Yeni Azərbaycan Partiyası(YAP) Siyasi Şurasının üzvü və Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov belə dedi: “Avropada, dünyanın bir çox mərkəzlərində dünyada gedən proseslərə qərəzsiz, şəffaf yanaşan, arqumentlərə söykənən mərkəzlər var. Ümumilikdə götürdükdə, bu cür mərkəzlərin hesabatları, təhlilləri nə qədər real və düzgün, şəffaf və qərəzsiz olarsa, bu, onların özlərinə inamı artırmış olar. Bu baxımdan obyektiv olan mərkəzlər çox doğru mövqe seçiblər. Ölkəmizlə bağlı çox nüfuzlu reytinq agentlikləri və analitik mərkəzlər hesabatlar hazırlayırlar və Azərbaycanın reallıqlarını əks etdirirlər. Bu da ondan irəli gəlir ki, Avropa və sair yerlərdəki analitik mərkəzlər artıq Azərbaycan reallıqlarını obyektiv qəbul edirlər. Onlar Azərbaycanı dünyaya nümunə çəkirlər. Ölkəmizdə gedən inkişaf və tərəqqi prosesləri demokratik prinsiplər baxımından o qədər qabarıq və özünəməxsusdur ki, artıq bu model dünya mərkəzləri tərəfindən öyrənilir. Çünki müstəqil inkişaf modeli müasir narahat dünyada əlahiddə tədqiqat və yanaşmaları zəruri edir. Hər ölkə bu cür uğurlara nail ola bilmir. Ona görə də Azərbaycan kimi unikal, müstəqil inkişafa nail olan dövlətlərin keçdiyi yolun öyrənilməsi bütün dünya üçün xüsusi önəm daşıyır. Məlumdur ki, ayrıca olaraq son on ildə Azərbaycan dünyaya yeni iqtisadi inkişaf modeli təqdim etdi ki, bunun da ayrıca təhlili dünyada zəruridir. İqtisadi siyasətimizin uğurlarının sirri ondadır ki, nə daxildə, nə də xaricdə heç bir xarici ünsürə söykənmirik, müstəqil iqtisadi siyasət yürüdürük. Bütün bu proseslərdə Azərbaycan xalqının və dövlətinin maraqları tam ifadə edilir və qorunur, ona görə də ciddi iqtisadi uğurlara imza ata bilmişik. Bütün iqtisadi nailiyyətlər isə Azərbaycan vətəndaşının sosial rifahını yüksəlməsinə yönəlir. Həmçinin həyata keçirdiyimiz, təşəbbüsçüsü olduğumuz bütün beynəlxalq, iri iqtisadi layihələrdə biz çox etibarlı tərəfdaşıq, çünki müstəqilik və Azərbaycan xalqının mənafeyinə, iradəsinə əsaslanan siyasət yürüdürük. O da məlumdur ki, Dünya İqtisadi Forumu dünyada iqtisadi rəqabətliliyə görə reytinq hazırlayarkən builki reytinqimizi xeyli yüksəldib. Keçən il 46-cı yerdəydik, bu il isə 39-cu yerdəyik. Elə iqtisadiyyatımızla bağlı aparılan təhlillər də bu tərəqqini göstərir. Biz bütün bu nailiyyətlərimizlə beynəlxalq arenaya yeniliklər, keyfiyyət və inkişaf standartları, modelləri gətiririk.
Azərbaycana qarşı bəzi xarici qurumların qərəzi və ikili standartları barədə danışan A.Hüseynov bildirdi ki, bu cür qərəzli yanaşmalar zaman-zaman olub və bunda bəzi xarici dairələr öz maraqlarını güdüblər: “Çox təəssüflər olsun ki, Azərbaycanda gedən prosesləri obyektiv əks etdirən analitik mərkəzlərlə yanaşı, bəzi qərəzli mərkəzlər də var ki, onların da qərəzi elə öz həmkarları olan ESİSC kimi qurumlar tərəfindən ifşa edilir. Bu da Azərbaycanın müstəqil inkişafının dünyada aparıcı mərkəzlər tərəfindən qəbul və etiraf edilməsidir. Bu, onu göstərir ki, Azərbaycan dünyanın ən tərəqqi edən kəsiminə daxildir və demokratik, dünyəvi inkişafımız dünyanın qabaqcıl qismində də təqdir və etiraf edilir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info