Penitensiar Xidmət Amnistiya qərarının icrasını başa çatdırıb
Tarix: 11.09.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Penitensiar Xidmət Milli Məclisin Amnistiya qərarının icrasını başa çatdırıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin 07.05.2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Amnistiya elan edilməsi haqqında" qərarının icrası Penitensiar Xidmət üzrə başa çatdırılıb. Amnistiya qərarı Penitensiar Xidmət üzrə 2834 nəfər məhkuma tətbiq olunub.
Onlardan 679 nəfər cəzaçəkmə müəssisələrindən, 1588 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrindən azad edilib, 567 nəfərin isə cəza müddətləri 6 ay azaldılıb. Azad olunan məhkumlardan 25 nəfəri qadın, 1 nəfəri isə yetkinlik yaşına çatmayan şəxs olub. Amnistiya Qərarı Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, 34 nəfər xarici ölkə vətəndaşlarına da şamil edilib. Amnistiya qərarı tətbiq edilərək cəzadan azad edilmiş şəxslərə azad olunma haqqında müvafiq arayışlar təqdim edilib, onlara yardımlar göstərilib, həbs edilənədək daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilib. Azad olunan xarici ölkə vətəndaşları vətəndaşı olduqları dövlətin Azərbaycandakı diplomatik nümayəndəliklərinə təhvil verilib. Amnistiya qərarının icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatı nümayəndələrinin, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə həyata keçirilib, kütləvi informasiya vasitələrində və Penitensiar Xidmətin internet saytında geniş işıqlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info