“Qlobo”: “Amerika kəşfiyyatının Braziliya neft şirkətini dinlədiyi üzə çıxdı”
Tarix: 11.09.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Braziliya Amerikadan dəyəri 4 milyard dollar olan yeni “Boeing” və “F-18” qırıcılarının alınmasını təxirə salıb

Hazırda Rusiyada sığınacaq tapan amerikalı kəşfiyyatçı Edvard Snouden gizli məlumatlar yaymaqda davam edir. Onun “Qardian” qəzetinin əməkdaşı Qlen Qrinvald və braziliyalı telejurnalist Sone Bridə verdiyi gizli sənədlər yeni faktlar ortaya çıxarıb.
Bu haqda Braziliyanın “Qlobo” nəşri məlumat yayıb. Həmin sənədlərdən məlum olur ki, Amerika Milli Kəşfiyyat İdarəsi uzun müddətdir Braziliyanın məşhur neft şirkəti olan “Petrobras”ı dinləyir. Dinləmənin əsas məqsədi şirkətin Braziliyada kəşf etdiyi yeni neft yataqları, onların işlənməsi və istismarı ilə bağlı məlumatlar əldə etmək olub. Artıq məsələyə Braziliya prezidenti Dilma Russeff də münasibət bildirib. Oktyabr ayında ABŞ-a gözlənilən səfərinin baş tutmasının təhlükə altına düşdüyü xanım prezident bəyan edib ki, ABŞ kəşfiyyatının müxtəlif ölkələrdə həyata keçirdiyi gizli dinləmənin terrorizmə qarşı mübarizə ilə əlaqədar olmadığını ortya çıxan faktlar da sübut edir.
Qeyd edək ki, əvvəllər Braziliyanın neft ehtiyatlarının təxminən 12 milyard barrel olduğu ehtimal edilirdi. Amma son araşdırmalardan sonra dərin qatlarda tapılan ehtiyatlar da nəzərə alınmaqla Braziliyanın 64 milyard barrel neftə sahib olduğu müəyyənləşib. Elə bu səbəbdən Amerika kəşfiyyatı illik dövriyyəsi 280 milyard real olan Braziliya neft şirkətini gizli şəkildə dinləyərək neft yataqları ilə bağlı məlumatlar əldə edib. Rusiya Elmlər Akademiyasının Latın Amerikası üzrə eksperti, siyasi elmlər doktoru Boris Martınov “Nezavisimaya qazet”ya açıqlamasında bildirib ki, “Petrobras” şirkəti Braziliyanın əsas gəlir mənbəyidir: «Bu ölkədə belə bir deyim var- “Petrobras”a yaxşıdırsa, deməli Braziliyaya da yaxşıdır. Şirkətin gəlirlərindən sosial və müdafiə məsələlərinə xeyli vəsait ayrılır. Ona görə də bu şirkət Amerika kəşfiyyatının maraq dairəsinə düşüb. Mənə elə gəlir ki, bu şirkətin gizli dinlənməsi təkcə neft sənayesi ilə bağlı deyil. Buraya hərbi-strateji sahədə kəşfiyyat məlumatları əldə etmək məsələsini də daxil etmək lazımdır. Məsələ ondadır ki, əvvəlki prezident tərəfindən hazırlanan, hazırkı prezident tərəfindən təsdiqlənən milli təhlükəsizlik strategiyasında böyük hərbi gücə malik dövlətlərin hücum təhlükəsi ilə bağlı məsəllər yer alıb. Strategiyada böyük resurslara malik olan Amazon bölgəsinə “yaşıl Amazon” və “mavi Amazon” təhlükələrindən bəhs edilir. Bu təhlükələrdən qorunmaq üçün Braziliya hərbi gücünü artırmağı və bu sahədə dünyada ən yaxşılardan biri olmağı qarşısına məqsəd qoyub. Bu məqsədə çatmaq üçün ilk sırada neftdən gələn gəlir dayanır». Qeyd edək ki, Snoudenin təqdim etdiyi sənədlərdən belə məlum olur ki, Braziliya Rusiya, Çin, İran və Pakistan kimi Amerika kəşfiyyatının hədəfində olan əsas dövlətlərdən biridir. Latın Amerikasının əsas iqtisadi güc mərkəzi olan Braziliya ABŞ-qarşı müqavimət göstərərək Çinlə əməkdaşlığı xeyli genişləndirir. Rəsmi Vaşinqton isə Braziliyanın bu mövqeyini qəbul etmir. Vaxtilə ABŞ prezidenti Riçard Nikson deyirdi ki, “Braziliya hara getsə, Latın Amerikası da ora gedəcək”. Vaşinqton arxasında sonradan qarşısını ala bilməyəcəyi prosesin getməsindən çox ehtiyatlanır. 49 il əvvəl Braziliyada, 40 il əvvəl Çilidə olduğu kimi çevriliş təşkil etmək indi mümkün deyil. Ən əsası da arxalanmaq üçün sosial qüvvə qalmayıb. Ekspertlər hesab edir ki, ABŞ Braziliya hakimiyyətini maksimum şəkildə zəiflətməyə çalışır. Burada ilk variant kimi keçmiş prezident Kardozo tərəfindən yaradılmış sosial-demokratlar partiyasına dəstək verməkdir. Amma bu çox zəif variantdır. Ən azı ona görə ki, Birləşmiş Ştatların Ümumamerika azad ticarət zonası ideyasının əsas “qəbirqazanı” elə Kardozo olmuşdu. Snoudenin təqdim etdiyi kəşfiyyat materialları və bir müddət əvvəl ölkəni bürüyən iğtişaş dalğasından sonra ABŞ-la Braziliya arasında ticarət savaşı başlayıb. Braziliya Amerikadan dəyəri 4 milyard dollar olan yeni “Boeing” və “F-18” qırıcılarının alınmasını təxirə salıb. Bu sövdələşmələrin tamamilə ləğv edilməsi gündəmdədir. Braziliya prezidentinə ən çox təsir edən Amerika kəşfiyyatının onun danışıqlarını dinləməsi olub. “Qlobo” xəbər verir ki, ölkə prezidenti Sankt-Peterburqda keçirilən G20 sammitində bu məsələni Barak Obamaya da çatdırıb. O, Braziliya vətəndaşlarının və şəxsən özünün Amerika kəşfiyyatı tərəfindən dinlənilməsi ilə bağlı mətbuatda səsləndirilən məlumatlardan çox narazı olduğunu deyib. Obama bir həftə ərzində araşdırma aparıb bu haqda həmkarını məlumatlandırmağa söz verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info