Barak Obama: “Suriyaya hərbi müdaxilənin həyata keçirilməsi zəruridir”
Tarix: 12.09.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama xalqa telemüraciətində kimyəvi silahın istifadəsinə görə Suriyaya qarşı cavab tədbirlərinin Amerikanın milli təhlükəsizliyinin marağında olmasının səbəblərini açıqlayıb. Obama qeyd edib ki, ABŞ Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməyib, lakin avqustun 21-də Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi uşaqlar da daxil olmaqla 1000-dən çox insanın ölümünə s
əbəb olub.

Onun sözlərinə görə, belə halın təkrarlanmasının qarşısını almaq üçün hərbi müdaxilənin həyata keçirilməsi zəruridir. Bununla belə prezident ABŞ əsgərlərinin Suriya ərazisinə daxil olmayacağını və problemin dinc yolla həllini üstün tutduğunu qeyd edib. Obama həmçinin Rusiyanın Suriyaya məxsus kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi təklifini nəzərdən keçirəcəyini vəd edib və əvvəlcə bunun həyata keçirilməsinin nə dərəcədə real olduğunu yoxlamaq lazım olduğunu qeyd edib. “Bu təklifin uğurlu olacağını demək hələ çox tezdir”- deyə o bildirib. Obama Suriyaya hərbi müdaxilə məsələsində beynəlxalq müttəfiqlərinin dəstək verəcəyinə ümid etdiyini bildirib. O həmçinin qeyd edib ki, Amerika ordusu Əsəd rejiminə təzyiqləri davam etdirmək üçün daim hərbi əməliyyata hazır olacaq. Nitqinin sonunda isə Barak Obama dünyada münaqişələrin nizamlanmasında ABŞ-ın aparıcı rolunu qeyd edib. Bu arada ABŞ-ın BMT TŞ-nin sanksiyası olmadan Suriya ilə bağlı planını dəstəkləyən bəyanata daha 8 ölkə qoşulub. Bu barədə Ağ Evin açıqlamasında deyilir. Məlumata görə, bəyanata Gürcüstan, Qvatemala, Küveyt, Malta, Monteneqro, Panama, Polşa və Portuqaliya qoşulub. Beləliklə, ABŞ-ın BMT TŞ-nin sanksiyası olmadan Suriya ilə bağlı addımlarını dəstəkləyən ölkələrin sayı 33-ə çatıb. Bəyənatı imzalamış ölkələrin tam siyahısı belədir: Albaniya, Avstraliya, Böyük Britaniya, Macarıstan, Almaniya, Latviya, Litva, Malta, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Cənubi Koreya, Honduras, Gürcüstan, Danimarka, İspaniya, İtaliya, Kanada, Qvatemala, Panama, Polşa, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə Fransa, Xorvatiya, Çernoqoriya, Estoniya, Yaponiya. Həmçinin siyahıya ABŞ-ın müstəqil dövlət kimi tanıdığı Kosovo dövləti də daxildir. “Reuters”in məlumatına görə, ABŞ Suriyadakı üsyançılara silah yardımına başlayıb. Bunu Suriya müxalifət koalisiyasının nümayəndəsi Xalid Saleh Vaşinqtonda açıqlayıb. O bildirib ki, amerikalılar müxaliflərin yaratdığı Ali Hərbi Şuranın effektivliyinə və silahların pis əllərə düşməyəcəyinə əmin olduqdan sonra bu addımı atıblar. ABŞ dövlət katibi Con Kerri də üsyançıların uzun müddətdir ABŞ-dan istədikləri “bəzi predmetlər”in göndərilməsinə başlandığını açıqlayıb.

İran dəlilləri BMT-yə verib
“Suriyada kimyəvi silahlardan müxalif qrupların istifadə etdiyini təsdiqləyən dəlilləri BMT-yə verdik”. Bunu İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian bildirib. Onun sözlərinə görə, dəlillərin bəziləri çox açıq-aşkardır: “Məsələn, ötən ilin dekabr ayında 2 ədəd zarin qazı olan kapsula Suriyaya keçirildiyinə dair xəbər əldə edilib. Bu kapsulalar ərəb ölkələrindən Suriyanın bir qonşu ölkəsinə gətirilib və həmin dövlətdə də mühüm siyasi və təhlükəsizlik məzmunlu reaksiyalara səbəb olub”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info