Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
Tarix: 02.12.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər



Ümumerməni Fondunun budəfəki telemarafonunda çox az vəsait toplanıb


«Ölkəmizdə baş verən inqilabdan sonrakı hadisələr bizi ölü nöqtəyə sürüməkdədir. Bu gün Ermənistanda hər hansı bir gözlənilməz hadisələrin baş verməsi mümkündür. Əslində, ölkə rəsmilərinin dediyindən fərqli olaraq, həm iqtisadi tərəqqimizin, həm də xarici siyasətdəki uğurlarımızın olmadığı gün kimi aydındır».
Qeyd edilməlidir ki, bu fikirləri ermənilərin «Tert.am» saytına bildirən "Daşnaksutyun" partiyasından olan keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan ölkə rəsmilərinin istefa verə biləcəyi ilə yanaşı, erkən seçkilərin keçiriləcəyini də istisna etməyib.
Paşinyan hakimiyyətinin bu günə qədər ölkənin ağrılı mövzularına dair hər hansı bir qərar verə bilməməsi ilə əlaqədar verilən şərhə gəlincə, Xaçatryan bildirib: «Mən hazırkı hakimiyyətin psixologiyası ilə bağlı nəsə danışa bilməsəm də, amma deməliyəm ki, onların hərəkətlərində səriştəlik çox aşağı səviyyədədir. Bu gün ölkənin hər hansı bir sahəsindəki tərəqqi ilə bağlı danışmaq gülüncdür. Xüsusilə iqtisadi siyasət baxımından ilk üç rübdə ÜDM-in artımı elan edildikdə, sözdə artımın, əsasən, ticarət və xidmətlər hesabına olduğunu gördük. Bu gün hakimiyyət monopoliyaların dağılması barədə danışmağı sevsə də, amma indiyə kimi heç kim inhisarın ləğv olunduğunu deməyib. Məqsədlərinin inklüziv iqtisadi artım olduğunu söyləyən dövlət rəsmiləri bunun əldə edilib-edilməməsi barədə danışmırlar».
Artur Xaçatryana görə, hazırda ölkənin bütün sahələri problemlərdən xali deyil. «Ayastan» Ümumerməni Fondunun telemarafonu ilə bağlı yaranmış problemə toxunan sabiq nazir yığılan ianələrin az olmasını diasporun tanınmaması ilə əlaqələndirir. Diaspor ermənilərinin «vətənlərinə olan sevgisi»nin azalmadığını bildiriən partiya üzvü bir çox ermənilərin hələ də diasporla işləməkdə çətinlik çəkdiklərini bildirir. Maraqlıdır ki, Xaçatryan bunun başlıca səbəbini Ermənistanda Diaspor Nazirliyinin Paşinyan tərəfindən ləğv olunmasında görür. Sayta danışan Xaçatryan daha sonra deyir: «Bu gün Paşinyan hökuməti ölkə təhsilində irəliləyişə mane olan problemləri həll etmək əvəzinə, erməni dilinin vəziyyətini dəyişdirməyə çalışır. Onlar unudurlar ki, erməni dili heç vaxt tələbələrin yaxşı mütəxəssis olmalarına mane ola bilməz. Əslində bu, onların mədəniyyət siyasətinin də anlaşılmaz olduğuna dəlalət edir».
Artur Xaçatryanın sözlərinə görə, sosial həmrəyliyin bugünkü səviyyəsi «sevgi və həmrəylik» inqilabından sonra cəmiyyətin «ağ» və «qara»lara bölünməsindən də aydın görünür: «… Məhkəmə hakimiyyətinin müstəqilliyi məsələsini həll etmək əvəzinə, hakimiyyəti özlərinə tabe etməyə çalışırlar. Bu isə sonda hər şeyin onlara qarşı çevriləcəyinə, onların məsuliyyətə cəlb ediləcəklərinə gətirib çıxaracağına səbəb olacaq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
01.06.2020
Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
3 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
4 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
5 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info