Britaniya səfiri: “Azərbaycan Britaniya ilə dərin əlaqələri olan ölkədir”
Tarix: 12.09.2013 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Britaniya ilə güclü və dərin əlaqələri olan ölkədir. “Palitra”nın məlumatına görə, bu barədə Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri İrfan Siddıq Britaniya Səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən video mesajında bildirib.
Səfir qeyd edib ki, Azərbaycan vacib və dinamik ölkədir:
"Mən buraya gəlməyimdən və bu işi üzərimə götürməyimdən olduqca məmnunam. Mən bu əlaqələri daha da inkişaf etdirməkdə və yeni mərhələyə götürməkdə maraqlıyam. Bu geosiyasi məsələlərdə, siyasi əlqaələri genişləndirmək, hal-hazırda yükəsk səviyyədə olan ticari-iqtisadi əlqələrimizi daha da artırmaq, enerji sahəsindəki əməkdaşlığımız dərinləşdirmək, təhsil, turizm və mədəniyyət sahələrində vətəndaşlarımız arasında olan əlaqələri artırmaq, həmçinin demokratiya və insan haqqları sahəsində açıq müzakirə aparmaqdan ibarətdir".
Səfir İ. Siddıq qeyd edib ki, Britaniya və Azərbaycan bir çox sahələrdə maraqlı və dəyərləri bölüşən tərəfdarlardır.
"Mən öz missiyamı bizim güclü tərəfdaşlığımızı davam etdirməkdə və qarşılıqlı mənfəətlər əldə etmək üçün çalışmaqda görürəm. Mən Azərbaycanda yaşayıb işləməyə, ölkəni və onun insanlarını tanımağa və onun zəngin mədəniyyətindən və tarixindən zövq almağa ümid edirəm.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info