Azərbaycanda növbəti əfv fərmanının verilməsinə ümidliyik. “Palitra”nın məlumatına görə, bunu jurnalistlərə ombusman Elmira Süleymanova deyib.
E.Süleymanovanın sözlərinə görə, bu ölkə başçısının səlahiyyətinə aid olan məsələdir və ölkə başçısı mütəmadi olaraq ildə bir neçə dəfə belə qərarlar verir: "Ombusman Aparatı olaraq hər ayın əvvəli əflə bağlı bizə daxil olan müraciətləri Əfv Komissiyasına göndəririk və təkliflərimizə orada baxılır".
E.Süleymanova qeyd edib ki, Ombusman Aparatının qərar vermək səlahiyyəti yoxdur, yalnız Əfv Komissiyasına müvafiq təklifləri ünvanlayır.
Tural
|