Yunanıstanda işsizlik insanları sözün əsl mənasında öldürməyə başlayıb. Maliyyə böhranı başlanandan bəri Avropa ölkəsində intihar halları 4 dəfə artıb. Afinada Ümumdünya Suisidlə Mübirizə günü çərçivəsində, fəallar intihar hallarının qarşısını almaq üçün xüsusi aksiya keçirib. İntihar-Profilaktika Mərkəzinin direktoru iqtisadi problemlərin intihar üçün yeganə motiv olmadığını bildirir. Habelə Avropada işsizlik səviyyəsinin artıdığı yerlərdə, canına qəsd edənlərində sayının mütənasib şəkildə artdığı bəlli olub. Digər problemlərdən biri isə narkotik maddəyə aludəçilik hallarının artmasıdır. Yunan psixiatrlar hökuməti insanları bu problem ətrafında ciddi düşünməyə çağırır.
Təhminə
|