“Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
Tarix: 03.12.2019 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

Əvvəla onu qeyd edək ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyə tamamilə uyğundur. Dünyanın bir sıra ölkələrində erkən parlament seçkilərinə gedilməsinə dair çoxsaylı nümunələr var.
Bu beynəlxalq təcrübə haqqında mətbuatda kifayət qədər materiallar dərc olunduğundan, həmin mövzuya toxunmaq təkrarçılıq olardı. Sadəcə, Türkiyədə baş verən “erkən seçkilər” nümunəsini xatırlatmaq istəyirik. Adətən, qardaş ölkədə,bizdən fərqli olaraq, müxalifət “erkən seçkilərə” gedilməsinə daha çox meyilli olur. Bizim müxalifət başbilənləri isə tamamilə tərsinə düşünürlər.
Sual olunur, əgər qanunvericilik və beynəlxalq təcrübə nümunələri iqtidar partiyasının bu addımına tərəfdirsə, o zaman müxalifət niyə bu şəkildə “saçlarını yolur”, erkən seçkiləri qərəzlə qarşılayır. Ümumiyyətlə, Azərbaycan müxalifətinin, istər parlament, istərsə də prezident seçkiləri ilə bağlı taktikasının tarixinə baxsaq, onların yalnız bir xətt tutduqlarının şahidi olarıq. Bu da ondan ibarətdir ki, neçə illərdir müxalifət seçkilərdə iştirak edib, müəyyən nəticələr əldə etmək əvəzinə,daimi olaraq “boykot qərarı” verib və siyasi əhəmiyyətli prosesdən kənarda qalıb. Doğrudur, onlar müxtəlif bəhanələr gətirirlər, guya seçkilərin ədalətli olacağına inanmırlar və s. bu kimi tezislər irəli sürərək, anormal addımlarına haqq qazandırmağa çalışırlar. Təbii ki, elə arqumentlər irəli sürməyə çalışırlar ki, cəmiyyət onların addımlarına haqq qazandırsın. Lakin vətəndaşlarımız kifayət qədər ictimai-siyasi proseslərdən baş çıxarırlar və onlar yaxşı bilirlər ki, müxalifətin irəli sürdüyü ittiham iddiaları bəhanələr yığınından ibarətdir. Onların seçkilərdən daimi imtinasının yeganə bir səbəbi var ki, bu da müxalif cəbhənin həddindən artıq zəif olması ilə bağlıdır. Müxalifətin son aksiyaları fikrimizi təsdiqləyə biləcək nümunələr ola bilər. Xatırlayırsınızsa, onlar sosial şəbəkələrdə nə qədər təbliğat apardılarsa da cəmiyyət aksiyalara dəstək vermədi. Xalq Hərəkatı adlanan digər müxalif qanadın aksiyasını da,real olaraq, baş tutmamış hesab etmək olar. Beləliklə, müxalif cəbhə liderləri yaxşı başa düşürlər ki, bu qüvvə ilə seçkiyə qatılsalar, məğlubiyyət qaçılmazdır. Odur ki, onların bircə yolu qalır: seçkilərə qara yaxmaq, prosesi gözdən salmağa çalışmaq...




 
Müəllifin son yazıları

29.10.2019 Tarixə düşən islahatlar...
17.10.2019 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
02.10.2019 “Bəzi müxalifətçilər gəncliklərini xəyallara qurban verdilər”
18.09.2019 “Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
16.09.2019 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info