Valeri Meladze Bakıda iki gün konsert verəcək
Tarix: 12.09.2013 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Bu ilin ən önəmli şou-biznes hadisələrindən biri, heç şübhəsiz, Valeri Meladzenin Bakı konsertidir.

Milli.az –ın məlumatına görə, bu ilin payızında Bakıda populyar rus sənətçisi, Rusiyanın əməkdar artisti Valeri Meladzenin konserti keçiriləcək.
Özünəməxsus ifaçılıq qabiliyyətinə, qeyri-adi tembrə və diapazona malik, temperamentli sənətçi obrazını yaradan “sonuncu romantik” Valeri Meladze Rusiya estradasında ən populyar ifaçıların onluğuna daxil olan sənətçilərdəndir.
Satışa çıxarıldığı qısa müddət ərzində konsertin biletlərinin əksəriyyətinin satılması göstərdi ki, Valeri Meladze Azərbaycan tamaşaçıları tərəfindən də çox sevilir. Konsertə olan böyük tamaşaçı marağını nəzərə alaraq, təşkilatçılar daha bir gün əlavə ediblər. Beləliklə, Valeri Meladzenin Bakı konserti 18, 19 noyabr tarixlərində saat 20.00-da Heydər Əliyev Sarayında baş tutacaq.
Valeri Meladzenin “20 məhəbbət hekayəsi” adlı konsertinin proqramına müğəninin ən məşhur mahnıları və yeni kompozisiyaları daxildir. Konsertin biletlərini şəhərin bütün mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Biletləri online şəkildə də sifariş etmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info