Ciddi KİV cildinə girmiş erotik saytları necə məhdudlaşdırmalı?
Tarix: 12.09.2013 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


İlkin Ağayev
ilkinagayev@gmail.com


Dəfələrlə bir çox saytların açıq-saçıq və əxlaqazidd mövzular, şəkillər və videoları gündəmə daşıdıqları barədə yazmışıq, bu barədə mövqe bildirmişik. Eləcə də ictimaiyyətdə, sosial şəbəkələrdə həmin saytların bu cür mənəvi baxımdan pozucu fəaliyyətindən şikayət edənlərin sayı kifayət qədər çoxdur və gündən-günə artır. İş o yerə gəlib çıxıb ki, jurnalistlər və hətta həmin abırsız saytlarda çalışan əməkdaşların çoxu belə, sosial şəbəkələrdə vəziyyətdən narazı olduqlarını dilə gətirməkdədirlər. Buradan görünür ki, həmin saytlarda “sarı” informasiyaların, açıq-saçıq xəbərlərin və biədəb videoların “manşet” statusu alması təkcə onlarda çalışan bir-iki əməkdaşın işi deyil. Belə çıxır ki, ciddi jurnalistikaya zidd olan bu cür fəaliyyət həmin saytların rəhbərlikləri tərəfindən bilavasitə yönləndirilir. Məsələ burasındadır ki, bu cür saytların çoxu ciddi xəbər portalı şəklində cəmiyyətə təqdim edilib və hazırda da bir-iki ictimai-siyasi mövzuda xəbər yaymaqla belə bir imicə iddia edir. Yaxud həmin saytlar özlərinin maliyyə mənbələri qarşısında məhz ciddi xəbər portalı formasında fəaliyyət göstərəcəkləri, ciddi xəbər saytı olacaqları ilə bağlı öhdəlik götürüblər. Başqa sözlə, onların fəaliyyət təyinatı maliyyə mənbələri tərəfindən bu cür müəyyən edilib. Amma reallıqda həmin saytların əsas diqqəti “sarı”, erotik xəbər, video və şəkilləri yaymağa ayırdığını, bununla “oxucu” sayını artırmağa cəhd etdiyini görmək çətin deyil. Əvvəllər telekanalların bayağılaşdığı, şoulaşdığı bir zamanda, yazılı media bu məsələ ilə bağlı iradlar tutmaqda, araşdırma yazılarla televiziyaları bayağılaşmaqdan qurtarmaq yolunu göstərməkdə olduqca böyük fəallıq göstərirdi, cəmiyyətin diqqətini KİV-in bayağılaşmasının qarşısını almağa yönəldirdi. İndi isə vəziyyət sözügedən saytların timsalında əks istiqamətdə inkişaf etməyə başlayıb. İndi də həmin saytlar “soyunmaqda” bir-biriləri ilə sözün həqiqi mənasında yarışa giriblər. Həmin saytlara diqqət yetirilsə, əsas “xəbər” yükünün erotika və açıq-saçıqlıqdan ibarət olduğunu görmək çətin deyil. Halbuki bu cür xəbərlərin, şəkil və videogörüntülərin saytlarda yayılma əndazəsinə, heç bir məhdudiyyət və ölçüyə fikir verilmir. Əgər hər hansı bir telekanalda erotik film nümayiş etdirilirsə, bu, günün müəyyən vaxtlarında, azyaşlılara qadağalar tətbiq edilməklə baş verir. Bu, xaricdə və Avropada da belədir. Yaxud da bu cür xüsusi kanallar məhdud yayımlanırlar. Amma bizdəki tamamilə “sarı”ya çevrilmiş, erotik saytlara günün istənilən vaxtı istənilən azyaşlının daxil olmaq imkanı var – şükür ki, internet demək olar ki hər kəsin evində var. Bu baxımdan həmin saytlar azyaşlıların yetkinləşməmiş şüurlarının da indidən zədələnməsində məsuliyyət daşımış olurlar. Bunu tam məsuliyyəti ilə dərk etmək lazımdır. Həmin saytların başında duranlar bu məsələlərə ciddi yanaşmalıdrlar. Amma hələ də onlar “sarı”, erotik yazılar yazmaq və xəbərlər yaymaq üçün elə “sarı” “publisist”ləri və paparatsiləri həvəslə və daha artıq əməkhaqqı ilə işə götürürlər. Bu baxımdan məsələnin həlli həmin sayt rəhbərliklərinin könüllülüyündə deyil. Bu barədə müvafiq qurumların nəzarət və qaydalar tətbiq etməsi çox məqsədəuyğun olardı. Məsələn, müəyyən faiz “sarı”, “zorlama” yükü olan saytlara girişlərin məhdudlaşdırılması, həmin saytların rəsmən xəbər portalı kimi yox, “sarı” sayt kimi qeydiyyatdan keçməsi və sair tədbirlər gözdən keçirilə bilər. Bu məsələdə isə Mətbuat Şurası, Rabitə və İnformasiya Texznologiyaları Nazirliyi kimi qurumların müdaxiləsinə ehtiyac var...
Mövzunu davam etdirəcəyik.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info