Fuad Əliyev: “Milli şura”ya ayrılan maliyyəni AXCP və Müsavat bölüşdürdü deyə, narazılıqlar yaranıb”
Tarix: 12.09.2013 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Əsasən radikal müxalifət partiyaları və siyasətçilərin toplaşdığı “milli şura” adlı qurumun başı üzərindən qara buludlar əksik olmur. Son zamanlar isə Azərbaycan Xalq Cəbhəsi Partyası(AXCP) və Müsavat Partiyası onlarla birlikdə olan El Hərəkatı ilə yanaşı, Azərbaycan Liberal Partiyası(ALP) və Açıq Cəmiyyət Partiyasını(ACP) da çıxdaş etməyə çalışırlar. Hətta iş o yerə çatıb ki, qurumu tənqid edən ACP lideri Rəsul Quliyevin “milli şura”dan uzaqlaşdırılması da gündəmə gəlib. Seçki hazıqlıqları ilə bağlı gündəmə gəlmək əvəzinə lazımsız intriqalar və ittihamlarla mətbuatın gündəmindən düşməyən bu liderlərin son hərəkətləri birlikdə təmsil olunmayan digər siyasətçilərin də narazılığına səbəb olub. Onlar müxalifət adına hərəkət edib cəmiyyətdə bu düşərgəni gözdən salanların son oyunlarını qınaqla qarşılayırlar.
Azərbaycan Liberal Demokrat Partiyasının(ALDP) sədri Fuad Əliyev müxalifət düşərgəsində cərəyan edən son prosesləri “Palitra”ya şərh edərək burada olan liderlərin acınacaqlı duruma düşmələrinin təsadüfi olmadığını söylədi. O, əvvəlki illərdə də oxşar olayların baş verdiyini xatırlatdı:
“Öncə təəssüf hissi ilə qeyd etmək istərdim ki, hazırda müxalifət düşərgəsində çox passiv bir durum yaranıb. Baxmayraq ki, seçkilərə 25 günə yaxın bir müddət qalıb, siyasi arenada aktivlik hiss olunmur. Müxalifət yaxşı mənada aktivlik göstərmir. Hesab edirəm ki, “milli şura”nın yarandığı gündən burada baş verən proseslər-qarşıdurmalar, daxili çəkişmə və söz davaları, qurumun digər partiyalarla qarşıdrumaya çıxması ona gətirib çıxardı ki, “milli şura” parçalanmış vəziyyətə düşdü. Həm də ki, bu liderlər digər müxalifət partiyaları ilə əməkdaşlıq formasını da tapa bilmədilər. Bütün bu neqativ siyasi gedişlər ona gətirib çıxardı ki, bu gün sözügedən düşərgədə seçkilərlə bağlı passivlik müşahidə olunur. Seçicilər də artıq müxalifətə maraq göstərmir və demək olar ki, onlarda müxalifətin namizədinə tam inamsızlıq yaranıb. Ümumiyyətlə seçkilərdə müxalifətin iştirak edib-etməməsi də hiss olunmur”.
“Milli şura”da yalandan mehriban obrazlar yaradıldığını deyən ALDP sədri KXCP, ACP, ALP və digər partiya siyasətçilərinin imza vərəqələri ilə bağlı haqlı narazılıqlarının mahiyyətinin əslində başqa olduğunu vurğuladı: “Bu partiyalar əvvəldən də bir yerdə fəaliyyət göstərə bilməyiblər. Baxmayaraq ki, “milli şura” yaranan gündən bunu “müxalifətin inteqrasiyası reallaşdı” deyib, sevinclə qarşılayırdılar, o zaman da biz deyirdik ki, əgər burada yenə ənənəvi müxalifət liderləri cəmləşibsə, deməli “köhnə hamam, köhnə tas” məsəli real olacaq. Yəni, doğrudan da proqnozlarımız düz çıxdı və bu rəhbərlər bir-biri ilə yola getmədilər. Bu hər dəfə belə təkrarlanır. Hər seçkidə birəşməyə çalışırlar və hər dəfə də hər kəs öz şəxsi ambisiyalarından çıxış edərək, ümumi maraqları şəxsi maraqlara qurban verir. Bu partiyalar elə İctimai Palatanın aktiv vaxtlarında da bir yerdə təmsil olunmaq qabiliyyətində deyildilər. Bir-birilərinə ittihamlar səsləndirirdilər. Sadəcə olaraq “milli şura”da böyük maliyyə var. Bu maliyyəni isə iki əsas partiya-AXCP və Müsavat bölüşdürdü. Ona görə də digər partiyalar narazı qalaraq bəyanatlar verdilər, imza vərəqələrinin paylanması ilə bağlı olan ədalətsiz bölgünü əldə bayraq tutaraq, qurumda ayri-seçkiliyin yaradıldığını bildirdilər. Ona görə də burada kiməsə min ya üç yüz vərəqin verilməsi narazılıq predmeti ola bilmzədi. Söhbət ondan gedirdi ki, ayrılan maliyyə düzgün bölüşdürülmədi. Həmişəki kimi AXCP ilə Müsavat göstərdi ki, onları seçkilər və seçicilər maraqlandırmır, bu liderlər hakimiyyətə gəlmək haqda da düşünmürlər. Onlar ancaq şəxsi maraqlardan çıxış edərək maddi məsələlərə maraq göstərirlər ki, özlərinin və yaxın ətraflarının həyat tərzini daha da yaxşılaşdırsınlar. Seçkidə iştirak edib qalib gəlməyi düşünən istənilən məsələdə kompromisə gedib, vahid komanda altında birləşməli və öz tərəfdaşlarını da düzgün seçməli idi. Daha, sonradan çıxıb deməməlidirlər ki, hansısa maskalar altında gizlənənlər də var qurumda, bəzilərini birliyə qəbul etməkdə yanlışlıq etmişik və s. Qısası gözləntilər özünü doğrultdu ki, “milli şura” tarixdə qalmayacaq, qalsa da bir cümlə ilə tarixə keçəcək ki, o da yalançı birlik görüntüsü naminə yaradılmış qurum kimi...”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info