Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
Tarix: 04.12.2019 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə "Şəhid ailələrinə dəstək kampaniyası"na start verilib. Kampaniyanın təşəbbüskarları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Dekabrın 4-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında kampaniyanın detalları müzakirə olunub. Həmçinin kampaniya zamanı görüləcək işlərin vəzifə bölgüsü aparılıb. Humanitar xarakterli kampaniyanın məqsədi şəhid ailələrinə maddi və mənəvi dəstək göstərməkdir.
Kampaniya çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində əvvəlcədən nəzərdə tutulmuş 10 şəhid ailəsinin evində görüş keçiriləcək, həmçinin şəhid övladlarına hədiyyələr təqdim ediləcək.
Xatırladaq ki, kampaniyaya Azərbaycandan 30 QHT və xaricdən 10 diaspor təşkilatı qoşulub. Bunlar aşağıdakılardır: Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İB-nın sədri Fuad Hüseynzadə, Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli, Ekoloji Maarifçilik və Manitorinq İB-nın sədri Qəmzə Yusubova, “Həyat” Humanitar Dəstək İB-nın sədri Zəminə Səfərova, Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İB-nın sədri Laləndar Novruzova, “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İB-nın sədri İndira Şəmsivari, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İB-nın sədri Samirə Mustafaveya, “Mərhəmət” Kimsəsizlərə Yardım İB-nın sədri İradə Polad, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nın sədri Fatimə Hacıbəyli, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nın sədri Nailə İsmayılova, Gənclərin Həmrəyliyi İB-nın sədri Zülfiyyə Nuriyeva, Gəncə Regional Qadın Mərkəzi İB-nın sədri Məleykə Əlizadə, İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İB-nın sədri Şəlalə Həsənova, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB-nın sədri Mehriban Abdullayeva, Ailələrin İnkişafı üzrə Maarifləndirmə İB-nın sədri Rüqiyyə Əşrəfli, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İB-nın sədri İradə Əlili, Safari Ov Klubu Azərbaycanın sədri Faiq Babanlı, Milli Dəyərlər üzrə Maarifləndirmə İB-nın sədri Gülşən Behbud, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İB-nın sədri Gülay Səfərova, Vətəndaşların Sosial Rifahı Naminə İB-nın sədri İradə Rzazadə, “Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İB-nın sədri Aynurə Xudiyeva, “Qayğı” Sosial İnkişaf Mərkəzinin sədri Əsmaniyə Şirəliyeva, Dünya Gənc Türk yazarlar Birliyi üzvü Əfsanə Ələsgərli, Milli Qəhrəmanları Tanıtma İB-nın Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Hüquqi Maarifləndirmə Mərkəzi İB-nın sədri Esmira Tağıyeva, Gənclər Azad Sahibkarlıq Fəaliyyətində İB-nın sədri Kəmalə Məmmədli, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nın sədri sədri Bəsti Nəsibova, Ahıllara və Tənhalara Dəstək İB-nın sədri Ruqiyyə Məmmədova, Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin sədri Minəvvər Vahabova, Norveçdəki CAN təşkilatının sədri Şervin Nəcəfpur, “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova, Rusiyadakı Azərbaycan diasporunun nümayəndəsi, ictimai xadim Səadət Qarayeva, Rusiyadakı azəbacayanlı yazıçı Sabit Əliyev, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə, Dünya Azərbaycanlıları Platformasının Azəbaycan nümayəndəliyinin rəhbəri Mehriban Paşayeva, Cənubi Koreyada Seul İcra Hakimiyyətində Xarici Vətəndaşların Konsulluğunun vitse-prezidenti Nihat Xəlilzadə.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib
21.01.2020
İsraildə Milli Qəhrəmanımız Albert Aqarunovun xatirəsinə həsr olunmuş layihə həyata keçiriləcək
21.01.2020
Vilayət Eyvazov: “Yol polisi hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməlidir“
21.01.2020
“Kistoz fibrozlular həyati-vacib dərmanla təmin olunmalıdırlar”
21.01.2020
Gömrük Akademiyasında növbəti ixtisasartırma təlimləri başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info