“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
Tarix: 05.12.2019 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


İskəndərli Nəcəf İskəndər oğlu 2017/2018-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasını bitirən ilk məzunlarından biridir. Nəcəf İskəndərli Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin Analitik şöbəsinin inspektoru vəzifəsində çalışır, gömrük xidməti kiçik leytenantıdır. Hazırda o, Şimal ərazi Baş Gömrük İdarəsinin Şirvanlı gömrük postuna təhkim olunub. Tələbəlik müddətində Akademiyada, həmçinin Akademiyadan kənar respublika və beynəlxalq səviyyəli elmi, sosial və mədəni tədbirlərdə fəal iştirak edib. Akademiyanın Tələbə Gənclər Təşkilatının üzvü olub. İlk sualımız da bununla bağlı oldu.

- Nəcəf, siz təhsil müddətində tədbirlərdə fəal iştirak edən tələbə olmusunuz. Akademiyadakı tələbə həyatı və təhsil haqda nə deyə bilərsiniz?

- Akademiyada tələbə həyatı çox maraqlıdır, həm də xüsusi nizam-intizamla seçilir. Akademiyadakı təhsil yüksək səviyyədədir, müəllimlərə dərin minnətdarlığımı bildirirəm və sevinirəm ki, savadlı müəllimlərdən dərs almışam. Onu deyə bilərəm ki, Akademiyanın bütün müəllim heyətinin savadı, tələbələrlə davranışları yüksək səviyyədədir, tədris prosesində nizam-intizamın öyrədilməsi də hal-hazırkı iş rejimimdə çox böyük rol oynayır.

- Gömrük xidmətində çalışmaq sizin üçün nədir?

- Gömrük xidmətində çalışmaq mənim üçün xalqa, millətə layiqli dövlət qulluqçusu olmaqdır. Bununla yanaşı, arzularımın gerçəkləşməsi, bir sözlə desəm, şərəfdir.

- Gömrük xidmətində çalışmağınızda Akademiyanın rolu barədə nə deyə bilərsiniz?

- Gömrük xidmətində çalışmağımda Akademiyanın rolu çox böyükdür. 2017/2018-ci tədris ilində “Hüquqşünaslıq” ixtisasını bitirən ilk məzunlardan biriyəm. Akademiyanı bitirdikdən sonra bir il Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçdim. 2019-cu ilin yayında xidmətimi başa vurduqdan sonra gömrük xidmətində çalışmaq üçün Komitəyə müraciət etdim. Məhz Gömrük Akademiyasının məzunu olaraq müsabiqədən kənar gömrük xidmətində işlə təmin olundum.

- İşə qəbul olduğunuz zaman ilk kimə xəbər etdiniz? İlk iş gününüz necə keçmişdi?

- İşə qəbul olduğum barədə ilk anama xəbər verdim. İlk iş günüm maraqlı keçmişdi. Düzü, həyəcan yox idi, çünki Akademiyada oxuduğum illərdə müxtəlif işlərdə çalışdığıma görə iş prosesinin nə olduğunu artıq bilirdim.

- Akademiyada əldə etdiyiniz biliklər iş fəaliyyətinizdə köməyinizə çatırmı?

- Bəli, çox köməyimə çatır. Akademiyada əldə etdiyim bilikləri iş rejimində tətbiq edəndə həqiqətən, fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam. Bu hissi hamıya arzu edirəm.


Tural




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info