Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
Tarix: 06.12.2019 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Bu gün Ermənistanın Milli Statistika Komitəsi arxada qalmaqda olan 2019-cu il üçün ölkədə ümumi xarici sərmayənin 128 milyard dram təşkil etdiyini bildirir. Maraqlıdır ki, bu sərmayəyə ölkəyə gətirilən xammal və bu xammal üçün edilən ödənişlər və ya kreditlər də daxil edilir”.
Bunu “Çiçəklənən Ermənistan” partiyasından deputat Mikael Melkumyan parlamentin iclasında 2020-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Təmsil etdiyi siyasi partiyanın yanaşmalarını hakimiyyətin siyasətindən fərqli olduğunu bildirən Melkumyanın sözlərinə görə, xammal üçün ödəmə investisiya hesab edilə bilməz: “Doğrudur, məqsəd bizim üçün eyni ola bilər, amma yumşaq desək, görülən işlər yetərli deyil. Bir neçə dəfə demişəm ki, bu gün ölkədə investorlarla işləmək reallığı elə də əks etdirmir. Bəzi rəsmi məlumatlar sübut edir ki, qanunvericiliyə düzəlişlər etməklə və ya inzibati yollarla Ermənistanda böyük sərmayə cəlb etmək mümkün deyil”. Ermənistanla bağlı maraqlı bir nüansı ölkənin maliyyə naziri Atom Djandjugazyan da səsləndirib. Ölkə parlamentindəki çıxışı zamanı o Ermənistanı dövlət borcu az olan bir ölkə kimi təsnif edib. Nazir, Ermənistanın gələn il ərzində yalnız müstəsna hallarda borc almağı planlaşdırdığını da xüsusi qeyd edib. Xatırladaq ki, 2020-ci ilin sonuna qədər Ermənistanın dövlət borcunun 7,3 milyard dollar olacağı gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
01.06.2020
Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
3 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
4 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
5 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info