Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir
Tarix: 07.12.2019 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Ermənistanın Baş naziri Nikol Paşinyan Aşqabaddakı Zirvə Görüşündə Njdeni müdafiə etdikdən sonra daha böyük səhv buraxaraq onu SSRİ-nin Xarici İşlər naziri olmuş Molotovla eyniləşdirdi. Paşinyan bununla zünün qeyri-adekvatlığını bir daha nümayiş etdirdi.
Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Paşinyanın Njdeni gözlənilən müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün Hitlerlə görüşmüş Molotovla eyniləşdirməsi, onu əsassız şəkildə dəstəkləməsi açıq-aydın şəkildə onu göstərdi ki, Paşinyan faşizmin təbliğatçısı rolunda çıxış edir və bunu gizlətmək niyyətində də deyil:

“Njde faşist Almaniyası tərəfindən SSRİ-yə qarşı vuruşub və minlərlə dinc insanın qətlə yetirilməsinə səbəb olub. Njde İkinci Dünya Müharibəsi zamanı Ukrayna və Polşada dinc insanların kütləvi qətlində fəal iştirakına görə SS rəhbərləri tərəfindən “nümunə” də göstərilib. Ancaq Paşinyan bunu bilə-bilə tarixi saxtalaşdırmağa, Njdeni qəhrəmanlıq nümunəsi kimi təqdim etməyə çalışır və ona bəraət qazandırır".

Politoloq qeyd edib ki, Njdeni qəhrəmanlıq nümunəsi kimi təqdim edilməsi Paşinyanın rəhbərlik etdiyi hökumətin apardığı siyasətin ana xəttini bir daha büruzə verir.
E.Mirbəşiroğlunun fikrincə, Paşinyanın Njdeyə bəraət qazandırmaq cəhdi bir daha sübut edir ki, Ermənistanın hazırkı rəhbəri bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir:
“Paşinyanı bu hərəkətlərinə görə artıq siyasi həyasızlıq etalonu adlandırmaq olar. Bu, bir daha sübut edir ki, o, özü və Ermənistan üçün “saatlı bomba” olmaq missiyasını uğurla yerinə yetirir. Prezident İlham Əliyevin noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı səsləndirdiyi kimi, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir”.




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
“AŞPA-da bəzi üzv dövlətlərdə şəxsi maraqlar beynəlxalq məsələlərdən üstün tutulur“
29.01.2020
BMT Yaxın Şərq münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək
29.01.2020
Dağlıq Qarabağdakı qondarma rejim Paşinyan üçün böyük bir təhlükə mənbəyi olaraq qalır
29.01.2020
“Ağ Ev mövcud planı hazırlayarkən, kimin necə reaksiya verəcəyini ehtimal etməli idi”
29.01.2020
“Qüds satılıq deyil”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
2 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
3 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“
4 Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib
5 Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info