Ermənistanda nazir müavini həbs edildi
Tarix: 07.12.2019 | Saat: 19:19:00 | E-mail | Çapa göndər



Ötən gün Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Gevork Loretsyan rüşvət almaq ittihamı ilə ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib
. Bu. barədə “Sputnik Ermənistan” saytı xəbər yayıb. Saytın yazdığına görə, Loretsyan böyük miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Qeyd edək ki, nazir müavini ilə yanaşı onun sürücüsü və Ermənistandakı futbol klublarından birinin rəhbəri də saxlanılıb. Təhlükəsizlik Şurasından verilən ilkin məlumata görə, nazir müavini nazirliyin tabeliyindəki qurumlara idman avadanlıqlarının tədarükü üçün tenderlərdə təchizatçıya dəstək verirmiş. Verilən dəstək müqabilində böyük ölçülərdəki rüşvəti almaq vəzifəsini isə nazir müavinin sürücüsü həyata keçirirmiş.
Deyildiyi kimi, Loretsyanla birlikdə "Lokomotiv" futbol klubunun prezidenti Qaçik Kananyan da saxlanılıb.
Əli Babayev





 
Bölməyə aid digər xəbərlər
29.01.2020
İrəvan uşaq evinin direktoru həbs olundu
29.01.2020
“Paşinyanın hər çıxışı onun reytinqini azaldır”
29.01.2020
Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib
28.01.2020
“ArmenianReport”: “Ermənistan bataqlığa yuvarlanır”
28.01.2020
Ermənistanda restoranda 9 nəfər dəm qazından zəhərlənib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
2 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
3 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“
4 Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib
5 Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info