Rusiya Səhiyyə Nazirliyi ölkədə snus epidemiyası elan etdi
Tarix: 07.12.2019 | Saat: 22:09:00 | E-mail | Çapa göndər



Rusiyanın Səhiyyə Nazirliyi, son zamanlar gənclər arasında nikotin tərkibli qarışıqların- snusun epidemik yayıldığını elan edib. Qeyd edək ki, son iki həftə ərzində ən azı altı məktəbli snus (nəmləndirilmiş tütün növü) zəhərlənməsi ilə xəstəxanaya çatdırılsa da, onlardan birini xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, 2015-ci ildə Rusiyada snusun satışına qadağa qoyulub. Lakin buna baxmayaraq. ölkədəki bəzi işbazlar hələ də qanundakı boşluqlardan yararlanmaqda israrlıdırlar. Tütünün nəmləndirilmiş fopması olan snus, adətən saqqız kimi ceynılinir.

Çeynənən tütünün ölümlə nəticələndiyi hallarla necə mübarizə aparmalı? Bunula bağlı tədqiqat aparan “Газета.Ru”nun əməkdaşı Rusiyanın ayrı-ayrı əyalət şəhərlərindən həyəcanlı xəbərlər gəldiyini bildirib: “...Şəhər administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dekabr ayının əvvəlində snus istifadə edən iki məktəbli Krasnoyarsk əyalətindəki Jeleznogorsk xəstəxanasına çatdırılıb. ...Noyabrın son həftəsində daha 11 yaşlı iki məktəbli Yekaterinburqda xəstəxanaya yerləşdirilib. ...Həmin ərəfədə Zarinskdən olan 13 yaşlı başqa bir məktəbli də snusdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Təbii ki bu kimi nümunələri sadalamaq yetərincədir.
Rusiyanın Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryunun “Gazeta.ru” ya verdiyi açıqlamada ölkənin snus istifadəsi dalğası ilə əhatə olunduğunu etiraf edib.
Bir daha xatırladaq ki, Avropada snus İsveç və Norveç istisna olmaqla, qalan bütün ölkələrdə qadağan edilib. Rusiyada isə, snus satışı, əsasən, kriminal pulun təmsil olunduğu bütöv bir gizli bazarı təmsil edir.

Əli Babayev




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
“Paşinyan düşmənçilik toxumu səpmək üzrə bənzərsiz bir istedad sahibidir“
26.01.2020
Özbəkistanda yeni hökumət quruldu
25.01.2020
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
24.01.2020
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışıb
24.01.2020
Ermənistanda sosial obyektlər kütləvi şəkildə bağlanır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info