Hansı partiyalar parlament seçkisində iştirak edəcək?
Tarix: 08.12.2019 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il 9 fevralda keçiriləcək. Ötən gün Prezident sərəncamı ilə müəyyənləşən bu tarixə hansı partiyalar hazırdır?

AVP sədrinin müşaviri Jalə Mütəllimova:

Ana Vətən Partiyası olaraq biz 9 fevral tarixinə müəyyən edilmiş seçkilərdə iştirak edəcəyik. Sabah bununla bağlı partiya Ali Məclisin toplantısını keçirəcək. O toplantıdan sonra dairələr və namizədlər müəyyənləşəcək".

ReAL-ın icra katibinin müavini Natiq Cəfərli:


Milli.Az bildirir ki, ReAL Partiyası seçkilərdə iştirak edəcək. Biz erkən parlament seçkilərinin olması ehtimalını nəzərə alaraq, hələ bir il öncədən hazırlıqlara start vermişik. Ona görə də ReAL seçkilərdə çoxsaylı namizəd qrupu ilə çıxış edəcək.

VHP sədrinin müavini Samir Əsədli:

Vətəndaş Həmrəyliyi Partiyası seçkidə iştirak edəcək. Ancaq Siyasi Şura hələ toplanmayıb deyə, namizədlərimiz təsdiqlənməyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı:

Müsavat Partiyasının növbədənkənar məclisi çağırılıb. Həmin məclisdə də partiyamızın seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı qərar veriləcək.

BQP sədri Fazil Mustafa:

İştirak edəcəyik, Böyük Qurtuluş Partiyasının bir deyil, bir neçə namizədi olacaq. Artıq seçkiyə hazırlığa başlamışıq.

ADİP sədri Asim Mollazadə:

Azərbaycan Demokratik İslahatlar Partiyası bu seçkilərdə də iştirak edəcək.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı:

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının öncədən də mövqeyi belə idi ki, növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə bir partiya kimi həmin seçkilərdə iştirak edək. Partiyamız həftənin birinci günü İdarə Heyətinin iclasında seçkiləri müzakirə edəcək. Mən özüm də partiya sədrinin müavini kimi şəxsən namizədliyimi irəli sürəcəyəm.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

Gələn həftənin 3-cü günü partiyanın Siyasi Şurasının iclası olacaq. Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük.




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Jurnalistlər İmişli Şəkər zavodunda olublar
29.01.2020
Bakı metrosunda koronavirusla mübarizə ilə bağlı tapşırıqlar verildi
29.01.2020
Bakı Limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi
29.01.2020
“Exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
28.01.2020
AQTA Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
2 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
3 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“
4 Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib
5 Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info