Putin: “ABŞ-ın Suriyaya zərbəsi yeni terror dalğasına səbəb ola bilər”
Tarix: 12.09.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti "New York Times" qəzeti
vasitəsilə Amerika xalqına müraciət edib


“ABŞ-ın Suriyaya planlaşdırılan zərbəsi münaqişəni Suriya ərazisindən kənara çıxara bilər”. Bu sözlər Rusiya prezidenti Vladimir Putinin "New York Times" qəzetində çap olunan məqaləsində yer alıb. Amerika xalqına müraciət edən Putinin fikrincə, Birləşmiş Ştatların Suriyaya hərbi müdaxiləsi yeni terror dalğasına səbəb ola bilər:

"ABŞ-ın Suriyaya zərbəsi günahsız qurbanların sayının artmasına və vəziyyətin daha da mürrəkəbləşməsinə gətirib çıxaracaq. Bu, hətta münaqişənin Suriya sərhədlərindən kənara yayılmasına səbəb ola bilər”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsi yalnız bu ölkəyə qarşı güc tətbiqindən imtina şərti ilə mümkündür. O bildirib ki, Suriya kimyəvi silahların yayılmaması haqda konvensiyaya qoşulmalıdır. Bu arada Ərəb Dövlətləri Liqası (ƏDL) Dəməşqə qarşı hərbi əməliyyat keçirilməməsi üçün Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarət üçün təhvil verilməsi barədə təşəbbüsü dəstəkləyir. Beynəlxalq təşkilatın bu barədə bəyanatında qeyd edilir ki, bu fikir Liqanın ali şurasının məxsusi olaraq Rusiyanın təşəbbüsünün müzakirə edilməsi üçün çağırılmış iclasında səslənib. Liqanın bəyanatında deyilir: “ƏDL təsdiq edir ki, o, əvvəllər olduğu kimi bundan sonra da Suriya böhranının aradan qaldırılmasına xidmət edə biləcək bütün təşəbbüsləri alqışlamaq əzmindədir. Şura Rusiyanın təklifini diqqətlə öyrəndikdən sonra ümid edir ki, dünya birliyi Suriya xalqının iradəsini həyata keçirərək Cenevrə konfransında tərtib edilmiş xəritəyə uyğun olaraq bu xalqın vəhdətini və suverenliyini qoruyub saxlaya bilməsi üçün zəruri tədbirlər görməyə imkan verəcək”. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu da Suriyadakı hərbi silahların beynəlxalq nəzarət üçün təhvil verilməsi təşəbbüsünü alqışlayır. Təşkilatın press-relizində deyilir: “Kimyəvi silahların beynəlxalq nəzarət üçün təhvil verilməsi Suriya münaqişəsinin dinc yolla həlli yolunda müsbət addımdır. Yaxın Şərqdəki bütün ölkələrin rejimlərinin kimyəvi silahdan imtina etmələri zəruridir”. Bu arada Fransanın xarici işlər naziri Loran Fabius Suriyada kimyəvi silahın müxalifət tərəfindən tətbiq olunması barədə Rusiyanın iddialarının inandırıcı olmadığını bildirib. “RİA Novosti”nin xəbərinə görə, nazir deyib ki, belə bir şey olmayıb: “Bu versiyanı ruslar çoxdan irəli sürür. Həmkarım Sergey Lavrov da Sankt-Peterburqda bu inandırıcı olmayan versiyanı səsləndirdi”. L.Fabius bəyan edib ki, hər şey kimyəvi silahın Suriya rejimi tərəfindən tətbiq olunduğunu göstərir: “Yalnız onlar bu ehtiyatlara malikdir və bu silahın tətbiqində maraqlıdır”. Nazir onu da əlavə edib ki, Suriyaya qarşı hərbi əməliyyat təhlükəsindən Bəşərə Əsədi Cenevrədə müxalifətlə masaya oturmağa məcbur etmək üçün istifadə etmək lazımdır: “Nə qədər ki, Bəşər Əsəd özünü məğlubedilməz sayır, o, danışıqlara getməyəcək. Ciddi təzyiq lazımdır ki, Əsəd Cenevrədə milli müxalifət koalisiyası ilə danışıqlara getsin. Fransa diplomatiyası bu istiqamətdə irəliləyir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info