Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti ölkəmizin cənub bölgəsində səfərdədir
Tarix: 08.12.2019 | Saat: 22:46:00 | E-mail | Çapa göndər



Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti ölkəmizin cənub bölgəsinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət Mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətinin bölgə ilə tanışlığı Lənkərandan başlayıb.
Özbəkistanlı qonaqlar və Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra qonaqlarla şəhər icra hakimiyyətində görüş keçirilib. Görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən, ümummilli lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi manasibətləri sayəsində bu dostluğun daim möhkəmləndiyini və bu gün də davam etdiyini xüsusi vurğulayıb.
T.Qaraşov nümayəndə heyətinə Lənkəranın sosial-iqtisadi və mədəni həyatı, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, uğurla yerinə yetirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə minnətdarlıq edən özbəkistanlı qonaqlar belə qarşılıqlı səfərlərin, mədəni mübadilələrin hər iki qardaş xalqı daha da yaxınlaşdıracağına və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açacağına əmin olduqlarını bildiriblər.
Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Lənkəran şəhərində bir sıra mədəni-kütləvi tədbirlər, o cümlədən şəhər mədəniyyət mərkəzində “Özbəkistan Mədəniyyəti Günü”nün açılışı, Buxara vilayəti Dövlət Filormoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimat, özbək suvenirləri və əl işlərindən ibarət sərgi keçirilib.
Qonaqlar, həmçinin Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Lənkəran Dövlət Universitetinin, Rayon Tarix-Diyarşünaslıq Müzeyinin, Lənkəran Xalça Fabrikinin, Olimpiya İdman Kompleksinin, “Yaşlı Çay” fermer təsərrüfatının çay plantasiyasının, ”Green East” MMC-nin Çəltik Emalı Zavodunun, sitrus plantasiyasının, Hirkan Milli Parkının, İstisu Müalicə İstirahət Mərkəzinin və digər obyektlərin fəaliyyəti ilə yaxından tanış olublar.
Beş günlük səfər çərçivəsində Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lerik, Astara və Masallı rayonlarına da səfər edəcək.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
19.01.2020
Deputatlığa 1560 nəfərin namizədliyi qeydə alındı
19.01.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19.01.2020
Lerikdə qar örtüyünün hündürlüyü 55 santimetrə çatıb
18.01.2020
Horadiz məscidində şəhidlərin ruhuna dualar oxunub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info