Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
Tarix: 09.12.2019 | Saat: 10:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda radikal müxalifət parlament seçkiləri ilə əlaqədar irəliyə sürülmüş təşəbbüsə özünün adətinə uyğun şəkildə, qarayaxma taktikası əsasında münasibət bildirməyə çalışır.
Bunu Trend-ə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, radikal müxalifət bəzi hallarda çox gülməli və bəsit təfəkkürü ifadə edən arqumentlər gətirir. İddia edir ki, Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi təşəbbüsünün əsas səbəbi seçkilərin soyuq ayda baş tutması ilə əlaqədardır: "Guya, müxalifət soyuq aylarda seçkilərdən kənarda qalacaq. Bu fikri belə təfəkkürün daşıyıcısı olan Əli Kərimli səsləndirib. Bu insanın dünyagörüşü haqqında istər-istəməz düşünməli olursan və təəccüb edirsən ki, bu cür bəsit təfəkkürə malik olan bir insan özünü müxalifət lideri kimi təqdim etməyə çalışır.

Əslində, seçkilərlə bağlı özlərinə uyğun şəkildə ifadə etdikləri absurd fikirlərin kökündə duran real səbəb isə onların seçkilərə hazır olmamaları və sosial dayaqlarını tamamilə itirmələri ilə əlaqədardır. Seçkidə iştirak etməyin ən başlıca səbəbi siyasi partiyanın yetərincə sosial dayağa və ictimai nüfuza malik olması ilə əlaqədardır. Bu parametrlərə malik olmayan partiyaların seçkilərdə iştirak edərək hər hansı uğur qazanması qeyri-mümkündür”.

Ə.Əhmədov bildirib ki, radikal partiyalar Azərbaycan cəmiyyətində sosial dayaqlarını tamamilə itirdikləri üçün Azərbaycan vətəndaşlarının onların irəli sürəcəyi namizədlərə inamları yoxdur və beləliklə də seçkilərdə iştirak etmək radikal müxalifətə hər hansı bir uğur gətirmir:
“Belə olan halda onların taktikası ona əsaslanır ki, seçkilərdə özlərinin mütləq uğursuzluqlarını ört-basdır etmək üçün müxtəlif bəhanələrlə seçkilərdə iştirak etməkdən imtiana etsinlər. Burada söhbət sadəcə olaraq həmin partiyaların seçkilərdə iştirak etmək üçün lazım olan insani, ictimai dəstək resurslarının çatışmaması ilə əlaqədardır. Bu resursları olmadığından onlar seçkilərdə iştirak edə bilmirlər, ancaq bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar və beləliklə, yenə də adətlərinə uyğun olaraq Azərbaycan iqtidarının üzərinə qarayaxma kampaniyası ilə gəlməyə cəhdlər göstərirlər”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Gələcək nəsillər 20 yanvar faciəsinin qurbanlarını heç vaxt yaddan çıxartmayacaq
20.01.2020
Heydər Əliyev hakimiyyətdə olsaydı 20 Yanvar hadisələri baş verməzdi
20.01.2020
Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidlərini rəhmətlə anıram
20.01.2020
Azərbaycan 20 Yanvar hadisələri ilə bağlı cəzasızlığa son qoymaqda qətiyyətlidir
20.01.2020
ABŞ səfirliyi: SSRİ öz varlığını qorumaq üçün bu cür tədbirlərə əl atdı və nəticədə 147 nəfər həlak oldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info