Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
Tarix: 09.12.2019 | Saat: 11:01:00 | E-mail | Çapa göndər



Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyanı bölgəyə səfər edən Bakı Bələdiyyə Teatrının kollektivi Fizuli və Cəbrayıl rayonları istiqamətlərində Vətən torpaqlarının keşiyini çəkən Azərbaycan Ordusunun şəxsi heyəti ilə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, problem-qayğıları ilə maraqlanıb və ordumuzun bugünkü qüdrətindən, əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının çox yüksək səviyyədə olmasından fərəh hissi keçiriblər.
AZƏRTAC xəbər verir ki, Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan vətənpərvərlik tədbiri ordu ilə xalqın sağlam mənəvi birliyinin nümayişinə çevrilib.

Bakı Bələdiyyə Teatrının kollektivi şəhərlə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzində bölgənin müdafiəçiləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri qarşısında çıxış ediblər.

Tamaşadan öncə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu əməliyyatda Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümunələri göstərib. Üzərində “Heydər Əliyev uğrunda!” sözləri yazılmış tank və digər zirehli texnikalar, artilleriya vasitələri ilə döyüş meydanına atılan igidlərimizin neçəsi şəhid olsa da, əsgərlərimiz ruhdan düşməyib, döyüşçü yoldaşlarının intiqamını alaraq düşmənə tutarlı zərbələr vurublar.

1994-cü il yanvarın əvvəllərində artıq Horadiz də daxil olmaqla, 22 yaşayış məntəqəsi azad edilib və yüz hektarlarla ərazi tam nəzarətə götürülüb. Kəndlər yenidən qurulub. Çadır şəhərciklərində, yataqxanalarda, vaqonlarda məskunlaşmış məcburi köçkünlər öz yurd-yuvalarına qayıdıblar.

Ulu Öndərimizin diqqət və qayğısı ilə Horadizdə quruculuq işlərinə start verilib və bu yaşayış məntəqəsi də yenidən qurularaq ən müasir qəsəbəyə çevrilib.

2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Horadizə şəhər statusu verilib. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük”.

Abdulla Qurbaninin “Çingiz dastanı” adlı ikihissəli mənzum tamaşası alqışlarla qarşılanıb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və general-mayor Mayıs Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən mərasimdə etdiyi proqram əhəmiyyətli nitqindən sonra Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Bələdiyyə Teatrının belə bir əsərə müraciət etməsini və bu vətənpərvərlikdən yoğrulmuş tamaşanın cəbhəyanı bölgələrdə nümayiş olunmasını təqdirəlayiq hadisə kimi qiymətləndirib, döyüşçülərin, eləcə də, bölgədə yaşayan əhalinin vətənpərvərlik hissinin daha da yüksəldilməsində, onların qələbəyə inamının, əzminin daha da artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında 2016-cı ilin aprelində qazanılmış qələbə düşmən iradəsini sındırmaqla yanaşı, xalqımızın vətənpərvərlik ruhunu, ordumuzun qüdrətini, qələbə əhval-ruhiyyəsini daha da artırıb.
Azərbaycan Ordusunda hər bir əsgər Mübarizdir, Fəriddir, Çingizdir və hər kəs işğal altında olan digər torpaqlarımızın da azad edilərək respublikamızın ərazi bütövlüyünün bərpa olunacağına tam əmindir.
Şəhid ailələrinin üzvləri Milli Qəhrəmanı Çingiz Qurbanovun timsalında bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması istiqamətində görülən xeyirxah təşəbbüslərə görə dövlətimizin başçısı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib, Bakı Bələdiyyə Teatrının kollektivinə bundan sonra da yaradıcılıq uğurları arzulayıblar.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
“Şifahi ənənəli Azərbaycan musiqisi” kitabının təqdimatı keçirilib
19.01.2020
“Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib
19.01.2020
Amerikalı pop ifaçı Ariana Qrande plagiatda günahlandırılır
18.01.2020
“Şəhərin qış gecələri” tamaşasının premyerası olub
17.01.2020
Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info