Bakıda beynəlxalq turnir keçirilib
Tarix: 09.12.2019 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


8 dekabr 2019-ci il tarixində Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib.
"Avrasiya Kuboku" adı altında keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Belarus, Gürcüstan olmaqla beş ölkənin idmançıları öz güclərini sınayıblar.
Yüzdən çox idmançının iştirak etdiyi və beynəlxalq qaydalarla tənzimlənən turnir "ful kontakt" və "klouz kontakt" versiyaları üzrə uşaqlar, yeniyetmə və gənclər arasında müxtəlif çəki dərəcələrində keçirilmişdir.
Açılış sözü ilə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov ilk olaraq turnirdə iştirak edən idmançıları salamlamış və onlara müvəffəqiyyətlər arzulamışdır. Çıxışının davamı olaraq o Avrasiya Kombat Ciu-Citsu Federasiyasının il ərzində Azərbaycanda və beynəlxalq müstəvidə gördüyü işlərlə bağlı qonaqlara məlumat vermişdir:
"Gördüyümüz işlərin bir çoxu cənab Prezidentimiz İlham Əliyevin idmana diqqət və qayğısının bəhrəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün beynəlxalq təşkilatın mərkəzi Azərbaycanda yerləşir. Biz əlimizdən gəldiyi qədər onun bu siyasətinin layiqli davamçıları olmağa çalışırıq."
Sonra açılış mərasimində yarışın baş hakimi, Dünya Kombat Ciu-Citsu Federasiyasının hakimlər kollegiyasının sədri, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, Respublikanın əməkdar məşqçisi Rəsul Məmmədov da çıxış etmişdir. O çıxışı zamanı bu idman növünün ölkəmizdə günü-gündən yayılmasından danışıb və bu yolda bundan sonra da əlindən gələni edəcəyini vurğulayıb.
Çıxışlardan sonra yarışa start verilib və idmançılar öz güclərini sınayıblar. Onu da qeyd edək ki, turnirdə müvəffəqiyyət əldə etmiş idmançıların sayına görə Azərbaycan birinci yeri tutmuşdur. Azərbaycandan sonra sıra ilə Belarus ikinci, Gürcüstan üçüncü, İran dördüncü, Rusiya isə beşinci yerdə qərarlaşmışdır.






 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Millimiz “Qran-pri”də 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb
20.01.2020
Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazanıblar
19.01.2020
PSJ Edinson Kavanini 10 milyon avroya satmayıb
19.01.2020
PSJ Neymarla danışıqları bərpa etdi
19.01.2020
Makqreqordan 40-cı saniyədə nokaut

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info