MSK iki nəfərin namizədliyini qeydə aldı
Tarix: 12.09.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən Ədalət Partiyasının sədri İlyas İsmayılov haqqında məlumat verib.
MSK katibi deyib ki, namizədliyi təsdiq olunmuş şəxsin təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib. MSK-nın işçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, İ.İsmayılov MSK-ya 42 950 imza nümunəsi təqdim edib, bunlardan 40 160-ı etibarlı hesab edilib. Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir. MSK açıq səsvermə yolu ilə adıçəkilən şəxsin namizədliyini qeydə alıb. MSK Azadlıq Partiyasının sədrinin Əhməd Orucun prezidentliyə namizədliyini qeydə almayıb. İşçi qrupun rəhbəri İlham Məmmədov məlumat verərək deyib ki, Əhməd Oruc MSK-ya 43 413 imza təqdim edib, onlardan 7 578-i etibarsız hesab olunub: “Bu səbəbdən də onun imza vərəqələrinin yoxlanılması dayandırılıb”. MSK açıq səsvermə yolu ilə Ə. Orucun namizədliyini qeydə almayıb. Arifə Muxtarova namizədliyi irəli sürülən Cəmil Poladxan oğlu Həsənli haqqında məlumat verib. MSK katibi bildirib ki, C. Həsənlinin təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib. İlham Məmmədov isə deyib ki, MSK-ya 44 495 imza nümunəsi təqdim edilib, 40291 imza etibarlı sayılıb. MSK açıq səsvermə yolu ilə C. Həsənlinin namizədliyini qeydə alıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info