Ölkəmizdə Fəal Yaşlanma İndeksi hazırlanacaq
Tarix: 09.12.2019 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı birgə layihəsi icra olunur. Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində ölkəmizdə Fəal Yaşlanma İndeksinin hazırlanması da nəzərdə tutulur.
Fəal Yaşlanma İndeksi yaşlı insanların fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və ölçülməsi məqsədinə xidmət edir.
Həmin İndeksin hazırlanması ilə əlaqədar ölkəmizdə səfərdə olan beynəlxalq ekspert Asgar Zaidi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
A.Zaidi Fəal Yaşlanma İndeksi haqqında ətraflı məlumat verib. O, Avropa və Cənub-Şərqi Asiyanın 35 ölkəsində fəal yaşlanma indeksinin tətbiq edildiyini bildirib. Azərbaycanın Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən və bu təşəbbüslə çıxış edən ilk ölkə olduğunu vurğulayıb.
A.Zaidi Fəal Yaşlanma İndeksinin üstünlüklərini qeyd edib. Bildirilib ki, bu indeksə malik olan ölkələr beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə edə bilir. Nəticədə hansı spesifik sahələrin təkmilləşdirilməsi zəruriliyini və bununla bağlı hansı qabaqcıl təcrübələrin öyrənilməsinin müəyyən edilməsi imkanına malik olurlar.
Görüşdə İndeksin hazırlanması məsələlərinə dair müzakirələr aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib
24.01.2020
Dövlət Gömrük Komitəsi Akademiyasının yaranmasının 8 ili tamam olur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info