Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir
Tarix: 09.12.2019 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Dövlət Reklam Agentliyinin ərazi reklam idarələrində çalışan əməkdaşlarının normativ hüquqi aktlarda edilmiş dəyişikliklər və qüvvədə olan qanunvericiliyin tələbləri barədə məlumatlandırmaq məqsədilə təşkil olunan təlimlər növbəti dəfə Sumqayıtda keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan təlimlərdə sahibkarların işinin asanlaşdırılması baxımından onların maarifləndirilməsi, qanunvericiliyə edilən dəyişikliklər barədə regionlardakı nümayəndələrin məlumatlandırılması, yeni yaradılan zonalar və onların sistemə daxil edilməsi yolları və s. mövzular əhatə olunub.
Təlimçilər - Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə Regional İdarələrdəki əməkdaşlara məlumat veriblər. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Fərmanı ilə ADRA-nın Nizamnaməsində edilən dəyişiklik, reklam haqqında qanuna edilən əlavələr, Agentliyin Regional İdarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması və s. mövzuları əhatə edən təlimdə Sumqayıtla yanaşı, Quba Regional İdarəsinin nümayəndələri də iştirak ediblər. Əməkdaşlar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar.
Qeyd edək ki, təlimlərin növbəti mərhələsi Gəncə, Bərdə və Şəki Regional İdarələrinin əməkdaşları üçün ölkənin ikinci ən böyük şəhərində baş tutacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Azərbaycanda daha bir qoruğa milli qoruq statusu verilib
25.01.2020
Kənd Təsərrüfatı naziri İnam Kərimov Saatlıda vətəndaşları qəbul edib
25.01.2020
Yanvar qırğını: Neftçalada əliyalın sakinlərə divan tutulub
25.01.2020
Salyanda polisin itkin düşən qıza təcavüz etməsi məlumatı təxribatdır
25.01.2020
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info