Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
Tarix: 09.12.2019 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Mərkəz regionda bu tipli yeganə müəssisə olacaq



Dekabrın 9-da “Zabrat” aeroportunun ərazisində Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməlqoyma mərasimi keçirilib. Yeni mərkəz mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya Helikopterləri” səhmdar cəmiyyəti ilə birgə həyata keçiriləcək. Müvafiq saziş "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Helikopterləri” SC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin, Rusiya ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak ediblər. Tikinti üçün ayrılmış ərazi ilə tanışlıqdan sonra təməlqoyma mərasimi keçirilib, tədbir iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdiriblər. Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin yaradılması Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi siyasətinin davamıdır. Mərkəz Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək, həmçinin yüksək kvalifikasiyalı mütəxəssislər üçün yeni iş yerləri yaradacaq və ölkənin müxtəlif məqsədlər üçün istifadə olunan vertolyot parkını əhatə etməklə yanaşı, gələcəkdə mərkəz təmir üçün Rusiya helikopter avadanlıqlarının regional operatorlarını da cəlb edəcək. Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterin təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır. Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb
29.01.2020
Mikro, kiçik və orta sahibkarlığa göstərilən dövlət xidmətlərinin qiymətlənidirilməsi qaydası açıqlanıb
29.01.2020
Ukrayna Azərbaycandan qaz ala bilmək üçün şərtləri açıqladı
29.01.2020
Jurnalistlər İmişli Şəkər zavodunda olublar
29.01.2020
Ülvi Mehdiyev AmCham Azərbaycanın növbəti görüşündə iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
3 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
4 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“
5 Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info