Məktəbdə satışı qadağan olunmuş qida məhsulları hansılardır?
Tarix: 12.09.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını açıqlayıb. Dövlət Komitəsindən verilən məlumata görə, istifadə müddəti bitmiş, bir gün əvvəl hazırlanmış qidaların, xarab olma əlamətli meyvə-tərəvəz məhsullarının, baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsullarının satışı qadağan edilir.
Bununla yanaşı, qadağan olunmuş qida məhsullarının adlı siyahısı da hazırlanıb. Siyahıda aşağıdakı qida məhsulları yer alıb: İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla), içalatı təmizlənməmiş quş, vəhşi heyvanların əti, suda üzən quşların yumurtası və əti, qabığı çirklənmiş yumurta, və həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta, germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər, termik emala məruz qalmayan yaşıl noxud, çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar, mənşəyi məlum olmayan ərzaq məhsulları, kremli şirniyyat məmulatları (piroq və tortlar), termik emala məruz qalmayan, təbii halda olan kəsmik və xama, ev şəraitində hazırlanmış qatıq, göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları), termik emala məruz qalmayan içkilər və morslar, kvas, kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd, təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq, termik emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər, sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər ( kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar, istiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr, təbii kofe, alkoqollu, energetik içkilər, kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar, qazlaşdırılmış içkilər, bitki yağları əsasında süd məhsulları və dondurma, saqqız, çipsilər, tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları, ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər, yumurtalı makaronlar, qayğanaq, frityurda qızardılan piroqlar və ponçiklər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info