“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb
Tarix: 10.12.2019 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Dekabrın 10-da Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir təşkil olunub. Öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx nümayiş edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov dekabrın 1-dən 9-na kimi həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “ Könüllülük Sərhəd Tanımır !”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib. Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif gənclər təşkilatlarına təşəkkürnamələr təqdim olunub. “Azərbaycan Könüllülük Həftəsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk
24.01.2020
Heydər Əliyev Mərkəzində “Bakı və Moskvada onları sevirlər“ fotosərgisi açılıb
24.01.2020
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
24.01.2020
XİN Azərbaycan vətəndaşlarına Çindəki vəziyyətlə bağlı xəbərdarlıq edib
24.01.2020
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib: təkliflər hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info