İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
Tarix: 10.12.2019 | Saat: 13:40:00 | E-mail | Çapa göndər


Məlumat verildiyi kimi, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində ötən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Vətəndaşlarla aparılan maarifləndirici tədbirlər öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda yaradılan 400 ədəd konteyner meydançasında tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun olaraq konteynerlər mütəmadi qaydada yuyulur, meydançalar dezinfeksiya edilir. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində Bakıya növbəti dəfə ezam olunmuş “Mott MacDonald” şirkətinın nümayəndəsi - tullantı menecmenti üzrə məsləhətçi Nik Uilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi üçün vacibdir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrin dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Onların bu səfəri də nəticələri araşdırmaq və növbəti mərhələyə hazırlıqdır. Konteynerlər hər gün yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.
“Mott MacDonald” şirkətinin nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək, layihənin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd edib və yaxın vaxtlarda digər rayonların da bu layihəyə qoşulacağını bildirib.
Layihənin həyata keçirildiyi Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov bildirib ki, əgər layihənin icrasının ilk vaxtlarında gündəlik 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. İyul ayından bu günədək artıq 10 monitorinq keçirilib və hər dəfə müsbət irəliləyişlər qeydə alınıb. Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da bu layihəyə cəlb olunması nəzərdə tutulur.
Qeyd olunub ki, hazırda ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edir və bu layihə onun tərkib hissəsidir. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək, həm də paytaxtımız üçün iqtisadi faydalar verəcək.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
İtaliyanın iş adamları Azərbaycana gələcək
26.01.2020
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
26.01.2020
Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb
26.01.2020
Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmini artıracaq
25.01.2020
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info