Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
Tarix: 10.12.2019 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirinin müavini Velik Zançev və qurumun Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri Nadejda Buxova ilə görüşüb. QSC-nin mətbuat katibliyindən bildirilib ki, “Azərbaycan Dəmir Yolları”nın sədri qonaqlara “Şərq-Qərb” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri, o cümlədən layihələrin mühüm elementi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Görüşdə Bakı-Tbilisi-Qars marşrutu üzrə Bolqarıstan ərazisindən keçməklə Qara dəniz üzərindən bərə vasitəsilə Avropaya yükdaşınması barədə əməkdaşlıq təklifləri müzakirə olunub.
Bolqarıstanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərdən danışan V.Zançev yenilənmə işlərinin 2025-ci ilə qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib.
C.Qurbanov təklifi müsbət qarşıladığını deyib və qarşılıqlı maraq çərçivəsində məsələnin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirliyinin Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri N.Buxova ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi baxımından böyük potensialın olduğunu bildirib. Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri çərçivəsində ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
İtaliyanın iş adamları Azərbaycana gələcək
26.01.2020
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
26.01.2020
Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb
26.01.2020
Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmini artıracaq
25.01.2020
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info