Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
Tarix: 10.12.2019 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qardaş ölkədə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş tədbirlər keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzində Nəsimi yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olan qonaqlar şairin əsərlərinə çəkilmiş rəsmlər, onun Azərbaycan ədəbiyyatında rolu, şairin təmsil etdiyi ədəbi cərəyan və başqa motivlərdə yaradılmış əsərlər nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov “Nəsimi ili” ilə əlaqədar həyata keçirilən layihələr barədə məlumat vermiş, öz istedadı ilə həmişə dünyanı heyrətləndirən xalqımızın bəşər mədəniyyətinə çoxsaylı şəxsiyyətlər bəxş etdiyini söyləyib. O, hər bir xalqın öz mədəniyyəti və ədəbiyyatı ilə tanındığını qeyd edərək İmadəddin Nəsiminin Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri olduğunu vurğulayıb.
İlk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən 1973-cü ildə böyük söz ustadı İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO təşkilatı layihəsi ilə təntənə ilə qeyd olunduğunu vurğulayaraq, 1979-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində şairin möhtəşəm heykəlinin ucaldığını bildirib.
Özbəkistan Yazıçılar Birliyinin üzvü, alim-tərcüməçi Babaxan Şərif Nəsiminin türkdilli ədəbiyyatda söz sənətini forma və məzmunca daha da zənginləşdirdiyini və özündən sonrakı nəsillər üçün çox dəyərli ədəbi irs qoyduğunu bildirib.
Çıxış edən digər natiqlər Nəsiminin vətənindən Şamaxı-İsmayıllı regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının alimi Kərimulla Məmmədzadə Nəsiminin Azərbaycan mədəniyyətində, ədəbiyyatında xidmətləri və yaradıcılığından danışaraq, şair haqqında məşhur bədii filmin çəkildiyini, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olunduğunu söylədilər. Bundan əlavə, böyük şairin əsərləri ədəbiyyatşünaslıq və dilçilik yönlərindən araşdırıldığını söyləyən natiqlər, nəticədə şairə dair bir sıra sanballı tədqiqat əsərlərinin yaradılığını qeyd ediblər.
Daha sonra Nəsiminin vətənindən şairin rəsminin əks olunduğu xalça Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edilib.
Tədbirin bədii hissəsində Özbəkistan Xalq Çalğı alətləri ansamblı Nəsiminin qəzəlləri, habelə Azərbaycan bəstəkarlarından ibarət əsərlər ifa edib. Şairin “İstəmə”, “Məndə sığar iki cahan” və başqa əsərləri Özbək solistlər Səncər Qadirov, Uluqbek Həmdəmov ifa ediblər. Tədbirdə gənc balaban ustası Nodir Şoazimov Azərbaycan xalq mahnısı “Sarı gəlin”i səsləndirib.
Bədii rəhbər Özbəkistanın Əməkdar artisti, professor Fizruzə Abduraximovanın rəhbərliyi ilə “Soqdiana” xalq çalğı alətləri orkestri Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin əsərlərini ifa edib.





 
Bölməyə aid digər xəbərlər
26.01.2020
İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab
26.01.2020
“Anladım ki, artıq bu ölkədə müsəlman olaraq qala bilməyəcəyəm“
26.01.2020
“Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim olunacaq
25.01.2020
“Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
24.01.2020
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində dəyirmi masa keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info