Nyu-Yorkda olan ilk türk
Tarix: 10.12.2019 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Təşkilatın Kuratorluq İşləri və Kolleksiyalar üzrə şöbəsinin müdir müavini Culi Qoli (Julie Golie) mövzu ilə bağlı deyib...

Amerika Birləşmiş Ştatlarında gün üzünə çıxan yeni bir tarixi sənəddə ölkədə məskunlaşan ilk müsəlmanın 1630-cu ildə Nyu-Yorka gedən Entoni Yansen Van Sali (Anthony Jansen van Salee) olduğu qarşıya çıxıb.
Nyu-Yorkun məşhur “Christie`s” hərrac evi tərəfindən satışa çıxarılan Van Saliyə aid əşyalar – bir 17-ci əsr sənədi Bruklin (Brooklyn) Tarix Təşkilatı tərəfindən 27 min 500 dollara alındı.
Təşkilatın Kuratorluq İşləri və Kolleksiyalar üzrə şöbəsinin müdir müavini Culi Qoli (Julie Golie) mövzu ilə bağlı deyib:
"Nyu-Yorka gələn ilk müsəlmanların Afrikadan kölə ticarəti üçün gətirilən adamlar olduğunu bilirik. Lakin gün üzünə çıxan, 1643-cü il tarixli bu sənəd ölkədə ərazi sahibi və azad bir müsəlman olduğunu göstərən ilk nümunədir. Entoni Yansen van Salinin həyatında müsəlmanlıq nə dərəcədə idi, dəqiq bilmirik. Ancaq 20-ci əsrin əvvəllərində ona aid bir Quranın hərracda satılması məlumatı onun şəxsiyyəti və keçmişinə dair bəzi təxminlər əldə etməyimizə imkan yaradır.
O tarixlərdə Hollandiya koloniyası olan və "New Amsterdam`` kimi tanınan Nyu-Yorkda yaşamış hollandiyalılarla bağlı araşdırmalar aparan Yeni Hollandiya İnstitutu (New Netherland İnstitute) tarixi sənədlərdə Van Salinin adının tez-tez çəkildiyini bildirir. Xüsusilə məhkəmə qeydlərində Van Salidən “Anthony the Turk”, yəni “türk Entoni” deyə bəhs edilir. Bu da var ki, o zamanlar müsəlmanlara, ümumiyyətlə, “türk” deyilirdi və bəzi tarixçilərə görə, bu, kiçildici bir sifət kimi istifadə olunurdu. Mən isə türk adını həqiqi mənasında qəbul etməyi üstün tuturam”.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
Gözü lazer şüalanmasından qorumaq üçün üsul təklif edilib
26.01.2020
İndi də Hindistanda qudalar qoşulub qaçdılar
26.01.2020
Polşalı məşhur səyyah velosipedlə Azərbaycana səfər edəcək
24.01.2020
Ölüdən sperma götürüb, uşaq dünyaya gətirmək mümkündür
23.01.2020
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info