“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
Tarix: 10.12.2019 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda keçirilmiş “İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumunun (IV Международный Форум “Время Инноваций 2019”) nəticələrinə əsasən “İlin İnfrastruktur layihəsi” adına layiq görülüb.
“İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumu çərçivəsində Bakıda innovasiya sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş tədbir baş tutub. Tədbir iştirakçıları olan yerli və xarici mütəxəssislər innovasiyaların müxtəlif sahələrdə tətbiqi, bu sahədə müasir trendlər barədə faydalı müzakirələr apararaq müxtəlif praktiki misallar nümayiş etdiriblər.
Tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev şirkətin icra etdiyi “Azerbaijan Digital Hub” proqramının ölkədə innovasiya mühitinin inkişafına, rəqəmsal ekosistemin formalaşmasına təsirlərindən danışıb. O proqram çərçivəsində icra edilən infrastruktur layihələri - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə magistral fiber-optik kabelinin çəkilməsi və beləliklə də Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə Rəqəmsal İpək Yolunun formalaşması, növbəti mərhələdə Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsi, iri Data mərkəzin tikintisi barədə məlumat verib, proqramın müxtəlif fazalarının icrasının ölkəmizdə innovasiyaların tətbiqinə mühüm töhfə verəcəyini qeyd edib. “Proqramın reallaşması ilə Azərbaycan hazırki enerji və nəqliyyat mərkəzləri statusu ilə yanaşı həm də regionun rəqəmsal mərkəzi olacaq. Bir müddət əvvəl AzerTelecom şirkətinin iştirakı ilə dövlət-özəl sektor tərəfdaşlığı Konsorsiumu da təsis olunub və biz Konsorsium çərçivəsində ölkəmizin rəqəmsal qovşağa çevrilməsi, Konsorsiumun rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinə töhfə verməsi üzərində çalışırıq” - deyə Fuad Allahverdiyev bildirib. Qeyd edək ki, beynəlxalq forum çərçivəsində həmçinin müxtəlif sahələrdə innovasiyaların tətbiqi və inkişafı üzrə ən yaxşı layihələrin IX “İnnovasiya Dövrü” mükafatı ilə təltif edilməsi mərasimi baş tutub. AzerTelecom şirkətinin “Azerbaijan Digital Hub” proqramı “İlin ən yaxşı infrastruktur layihəsi” mükafatına layiq görülüb. 4-7 dekabr tarixlərində baş tutmuş beynəlxalq forumda Azərbaycan, Rusiya və Qazaxıstanın qabaqcıl şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. “AzerTelecom” – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
İtaliyanın iş adamları Azərbaycana gələcək
26.01.2020
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
26.01.2020
Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb
26.01.2020
Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmini artıracaq
25.01.2020
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info