“Türkiyə bu adama görə mərasimdə iştirak etməyəcək“
Tarix: 10.12.2019 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Bu məlumatı Türkiyənin İsveçdəki səfiri açıqlayıb.

Türkiyənin İsveçdəki səfiri Hakkı Emre Yunt Bosniya Herseqovinada soyqırımı inkar edən və Serbiyanın keçmiş prezidenti Miloseviçə heyranlığını açıq söyləyən avstriyalı Peter Handkeyə görə Nobel Mükafatı Mərasimində iştirak etməyəcək. Bu məlumatı səfir özü açıqlayıb.
Hakkı Emre Yunt deyib: “Albaniyanın İsveç Səfirliyi də bosniyalı qurbanların yaxınlarına mənəvi dəstək naminə 10 dekabrdakı mükafatvermə mərasimini boykot edəcəyini və tədbirdə iştirak etməyəcəyini bildirib".
İsveçin dövlət televiziyası SVT də Nobel Ədəbiyyat Mükafatının Peter Handkeyə verilməsini Türkiyənin qınadığını və sözügedən məlumatla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin “twitter” hesabındakı açıqlamanı yayımlayıb.
Qeyd edək ki, beynəlxalq məhkəmədə müharibə cinayətləri və soyqırımla bağlı mühakimə olunarkən ölən, Serbiyanın əvvəlki başçısı Slobodan Milosevicin böyük bir pərəstişkarı olan Peter Handke Kosova döyüşləri davam edərkən yazdığı məqaləsində "Serbləri dəstəkləyirsənsə, ayağa qalx" deyib, onların Srebrenitsada soyqırım törətdiyinə inanmadığını söyləyib.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Türkiyə-Suriya sərhədində terror aktı törədilib
26.01.2020
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb
26.01.2020
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb
26.01.2020
Ərdoğan Afrika səfərilə bağlı ətraflı məlumat verdi
26.01.2020
Ölkələr Türkiyəyə başsağlığı verir, yardım təklif edirlər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info