“Qolos Armenii”: “Paşinyan hökuməti cəmiyyətdə ictimai harmoniyanı pozur”
Tarix: 10.12.2019 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Erməni mediasının bildirdiyinə görə, bu ilin noyabrında Korrupsiyaya qarşı mübarizə üzrə ekspert konfransındakı nitqində, baş nazir Paşinyan, növbəti dəfə qəribə bir açıqlama ilə də yadda qalıb. Baş nazirin dediklərindən belə məlum olub ki, son vaxtlar ölkənin nazir və digər yüksək vəzifəli məmurlarına verilən maaşların artması, güman edildiyi kimi, korrupsiya vasvasılığına qarşı mübarizə məqsədi daşımır. Bu, aydın bir vicdanla insanları , təbii ki, nazir və səlahiyyətliləri həbsxanaya salmağın mümkün olması üçün edilir. Maraqlıdır ki, Paşinyan belə bir praktikanın dünyanın heç bir yerində olmadığını konfrans iştirakçılarının diqqətinə çatdırmaqla özünün bir daha "dahi" olduğunu onların nəzərinə çatdırmaq istəyib.
"İqtisadi inqilab" kimi "məxməri inqilab" ifadəsinin son bir il yarım ərzində erməni cəmiyyətinin həyatına möhkəm bir şəkildə daxil olduğunu bildirən "Qolos Armenii" saytı bütün bunların heç bir qarşıdurma və repressiya olmadan həyata keçirilməsində Nikol Paşinyanın “misilsiz xidmətinə böyük dəyər verir”. Təbii ki, Paşinyanın da tez-tez təkrarlamağı xoşladığı bu fikirlərə saytın istehzası burada aydın sezilməkdədir. Əgər, belə olmasaydı, baş nazirin sevimli "məxməri inqilabı" nı "misli görünməmiş" etiketlə bağlayaraq saxtalaşdırmaq istəyinə də irad bildirməzdi. Sayt Nikolun dediklərinə rəğmən, İrəvandakı çevrilişlərə bənzər inqilabların dünyanın müxtəlif yerlərində baş verdiyini Paşinyana xatırlatmazdı. Paşinyanın korrupsiyaya qarşı mübarizəsinə toxunan sayt bunun ölkədəki təzahürlərinə baş nazirin iradəsi ilə hər zaman tələsik "qalib hesabatı" verdiyin təəssüf doğurduğunu bildirir. Sayt, bugünkü Ermənistanda heç kəsin korrupsiyaya qarşı mübarizənin əleyhdarı olmadığını xatırladaraq, yeni hökumətin cəmiyyətdə ictimai harmoniyanı qurban verərək, cinayətkarlar üçün amnistiyaya üstünlük verməkdə niyyətinin nə olduğunu anlamaqda çətinlik çəkdiyini etiraf edir. Maraqlıdır ki, sayt Ermənistandakı inqilabdan sonrakı dəyişikliklərə diqqət çəkərək yazır: “Məxmər”in də daxil olduğu hər hansı bir inqilab böyük düşüncədən deyil, köhnə şəkildə yaşamaq istəməməkdən irəli gəlir. O da etiraf olunmalıdır ki, "məxməri inqilab"ın baş verməsi üçün elə də dərin bir anlayış tələb olunmur. Bu, çox vaxt naşı və təcrübəsizləri gətirib dalana da dirəyə bilər”. Əslində saytın Nikol Paşinyanı nəzərdə tutduğuna şübhə yeri yoxdur. Sayt Nikol Paşinyanın tezliklə baş nazir postundan imtina edəcəyinə inanmır: “…Yəqin ki, o baş nazir kimi özünü saxlamaq bu postda dayanmaq niyyətindədir. Ermənistanda insanlar etdikləri səhvləri etiraf etməkdə də çox çətinlik çəkirlər. Lakin, ölkə sakinlərinin əksəriyyətinin "zəncirlərindən başqa" itirəcəkləri heç bir şeyi yoxdur. Amma onlar hələ də "sevimli baş nazirləri"nin verdiyi vədlərə ümidlidirlər. Amma nə vaxtı qədər?”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
“Paşinyan düşmənçilik toxumu səpmək üzrə bənzərsiz bir istedad sahibidir“
26.01.2020
Özbəkistanda yeni hökumət quruldu
25.01.2020
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
24.01.2020
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışıb
24.01.2020
Ermənistanda sosial obyektlər kütləvi şəkildə bağlanır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info