Sivil mübarizədən yayınanlar yenə boykota sığınır
Tarix: 10.12.2019 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Müxalif düşərgədə boykotu qınayanların sırasına eks-spiker də qoşulub


Müxalifət daxilində növbədənkənar parlament seçkilərinə hazırlaşmaqla bağlı ikitirəlik yaranıb. Müsavat Partiyası, REAL və digər partiyalar, müxalifətçilər seçkidə öz güclərini sınamağı məqbul saysalar da, bəzi radikal mübarizə üsulu seçənlər öz zəifliklərini bir daha nümayiş etdirib sivil mübarizədən yayınmağa üstünlük veriblər.
Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimlinin əlində saxladığı “milli şura” adlı qondarma qurum belə anormal addımı ilə seçilir.
Belə ki, “milli şura” növbədənkənar parlament seçkiləri ilə bağlı son qərarını açıqlayıb. Bununla bağlı “milli şura”nın yaydığı bəyanatda bildirilir ki, “milli şura” 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Maraqlıdır ki, hazırda sosial şəbəkələrdə bu məsələ ətrafında yaranmış ikitirəlikdə ən çox qınanılan da məhz cəbhəçilər, “milli şura”da təmsil olunanlardır. Onların bu bəyanatının yersiz və uğursuz addım olduğunu iddia edən “REAL”çılar və müsavatçılar hazırkı situasiyada ən optimal variantın seçkilərə getmək olduğunu düşünürlər. Seçkiyə gedənlərlə yanaşı digər tanınmış müxalifətçilər də “milli şura”nı, seçkini boykot etmək və bu prosesə qatılanları qınamaq xətti tutanları qınayırlar. Belə qınaq eks-spiker Rəsul Quliyevdən də gəlib. O müxalifətin növbədənkənar parlament seçkilərində iştirakı məsələsi ilə bağlı yazdığı statusunda bu seçkilərin müxalifətin öz gücünü yoxlaması üçün ideal şərait olduğunu düşünür: “Ağlınızı başınıza yığın, çalışın parlament seçkilərində aktiv iştirak edib yer alasınız. Əgər məğlubiyyətinizə həmişəki kimi əminsinizsə, başqalarını passivləşdirən bəyanatlar verməyin”. Daha sonra şərhlərdə ona irad tutanlara “sızıldanmaqdansa, mübarizə aparın” yazan eks-spikerin sözündə bir qədər həqiqət var. Nə vaxta qədər adınız mühacir alverində, şəhərin mərkəzində qanunsuz aksiyalar yaratmaqla xaosa cəhdlərdə hallanacaq axı? Sivil mübarizə üsulunu seçib, demokratik seçkilərdə iştirak etməyin nəyi pisdir? Bəllidir ki, sosial bazalarının yox səviyyəsində olduğunu anlayan radikallar-cəbhəçilər, “milli şura”çılar bundan sonra da Müsavatı və digər seçkiyə gedəcək partiyaları “vuracaq”, onları gözdən salmağa çalışacaq. Qarşı tərəfi belə “gözdənsalma” kampaniyalarına Gültəkin Hacıbəyli ilə start verən “milli şura” qarşı tərəfdən də sərt təpkilər görür. Məsələn, Gültəkin Hacıbəyli “Facebook”da özünün profili ilə anormal formada şərh yazaraq iddia edib ki, guya Müsavatın seçkilərə getməyi məqbul sayması onun son dövrlərdə “mühacir alveri” məsələsində adının hallanması ilə bağlıdır. Yəni bu iddia və ittihamın anormallığı isə ondan ibarətdir ki, adam Müsavatı satılmaqda suçlayaraq iddia edib ki, bəs sən demə Müsavat seçkilərə getməsəymiş onlara qarşı ölkəmizdə də “mühacir alveri” məsələsi ətrafında cinayət işi açılacaqmış, falan-filan... Amma Müsavat başqanı Arif Hacılın “sağ əli” sayılan Səxavət Soltanlı dərhal onun məlum ittiham dolu şərhləri olan bölümdə peyda olaraq Gültəkinə tutarlı cavablar verib. Yəni, uzun sözün qısası, bütün bu dava-qovğalar, ikitirəlik müxalifətin ənənəvi halıdır. Amma “milli şura”çıların Əli Kərimli və Cəmil Həsənlinin boykot sədaları cəmiyyətimizdə yenə də əks-effekt verəcəyinə şübhələri olmasın...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
“Namizədliyini geri götürənlərin seçki bülletenlərində adının üstündən xətt çəkiləcək”
26.01.2020
Sabah seçki bülletenlərinin çapına başlanacaq
25.01.2020
Azərbaycan nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak edəcək
25.01.2020
Azərbaycan XİN zəlzələdə həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib
24.01.2020
XİN dünyanı qorxudan virusla bağlı xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info