ABŞ qərarını verdi: Türkiyəyə satılan F-35-lər alınacaq
Tarix: 10.12.2019 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


ABŞ-ın 2020-ci maliyyə ili müdafiə büdcəsinin Senat və Nümayəndələr Palatası tərəfindən hazırlanan ortaq mətnində Türkiyənin F-35 tipli döyüş təyyarələrinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən alınması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, sənədin Türkiyə ilə bağlı hissəsində Ankaranın F-35 təyyarələrinin alışına davam etməsi səbəbilə Türkiyəyə F-35 qırıcılarının təslim edilməməsi qeyd olunur.
Eyni zamanda, Türkiyəyə CAATSA qanunu çərçivəsində sanksiya tətbiq edilməsi gərəkdiyi ifadə edilir.
Büdcənin "Milli Müdafiə Strategiyası çərçivəsində Modernizasiya Proqramları" hissəsində Türkiyənin F-35 təyyarələri ilə bağlı bir detal yer alıb. Burada Türkiyə tərəfindən sifariş edilən təyyarələrin alışı üçün 440 milyon dollarlıq büdcə ayrılması nəzərdə tutulur.
"Konfrans üzvləri (Birləşmiş Ştatlar Konqresi Konfrans Komitəsi) Türkiyənin F-35 proqramından çıxarılmasını dəstəkləyir. Bu səbəbdən Müdafiə Nazirliyi Türkiyənin aldığı bütün F-35 təyyarələrinin geri alınmasını dəstəkləyir", - büdcə hesabatında deyilib.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Türkiyə-Suriya sərhədində terror aktı törədilib
26.01.2020
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb
26.01.2020
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb
26.01.2020
Ərdoğan Afrika səfərilə bağlı ətraflı məlumat verdi
26.01.2020
Ölkələr Türkiyəyə başsağlığı verir, yardım təklif edirlər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info