Yağ adı altında yediyimiz kimyəvi qatqılar –VİDEO
Tarix: 11.12.2019 | Saat: 00:53:00 | E-mail | Çapa göndər



Dəhşətli faktlar

Marketlərdə hansı adda istəsən, mənşəyi bilinməyən duru yağlar satışdadır. Qiyməti də 1 litri 2-3 manat. Bu yağın ucuzluğu sözsüz ki, müştəriləri cəlb etməyə bilməz. Ancaq sual yaranır ki, keyfiyyəti necədir?
Turkustan.info xəbər verir ki, mələsə ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Eyyub Hüseynov – AİB sədri: “Adətən əmtəə bazarına çox yaxşı bir brend kimi girirlər. İstehlakçının necə deyərlər simpatiyasını qazanırlar. Sonra onun saxta variantlarını distribütorlar özləri gətirirlər. Neçə illərdir biz bunu müşahidə edirik. Azad İstehlakçılar Birliyinin təsiri ilə bəzi yağlar hətta satışdan çıxarılıb artıq. Ərəb əmirliklərindən gətirilən”.

Sakin: “1 kq günəbaxanı əkmək üçün xeyli miqdarda əkin sahəsi lazımdır. Bəs onun bazarda kilosu neçəyədir? Neçə kiloqramdan 1 litr yağ almaq olar? Şübhəlidir ki, o günə baxan yağı deyil”.

İsa Əliyev – Qida mühəndisi:
“Çox ucuz qiymətə yağlar satılır ki, onların mənşəyi heç bir şəkildə bəlli deyil. Adını qoyurlar günəbaxan yağı və yaxud da qarğıdalı yağı, amma içində soya yağı var, palma yağı var və yaxud da pambıq yağı var. Bu bitkisəl yağlar günəbaxan, qarğıdalı yağından daha az qida dəyəri olan yağlardır”.
Mövzu ilə bağlı sözügedən yağların satışını həyata keçirən supermarketlərin nümayəndələri danışmaq istəmədilər. Ona görə də, əsasən Rusiya və Türkiyə istehsalı olan bu yağların idxalçı şirkətlərini axtarmaq qərarına gəldik.
Eyyub Hüseynov – AİB sədri: “2 il öncə Rusiyadan idxal olunan yağın ekspertizasını keçirtdik. Məlum oldu ki, o heç də üzərində yazıldığı kimi qarğıdalı yağı deyil. Digər yağların qarışığıdır. Bir sözlə yağ bazarı həddindən artıq çirklənmiş bir bazardır. İstehlakçının əlbəttə hüquqları pozulur”.
İsa Əliyev – Qida mühəndisi: “Ekonomik seqmentə necə hakim olma müharibələri gedir. Yəni daha ucuz malı mən bazara daxil edəcəm, o məhsula günəbaxan yağının aromasını vuracam, qarğıdalı yağının aromasını vuracam. Biraz rəngləndirəcəm, orijinalına yaxın gösərəcəm və insanlara daha ucuz yağ satacam”.
Ucuz ətin şorbası olmadığı kimi, ucuz yağın da keyfiyyətinə əsaslı şübhələr var. Amma yenə də seçim alıcılarındır…




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edi
18.01.2020
Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlanıb
18.01.2020
“Sovetski“də söküntü işləri dayandırılıdı
18.01.2020
Azərbaycanda yeni DOST mərkəzləri yaradılacaq
18.01.2020
Bu il müharibə əlilləri və şəhid ailələrinə yeni evlər veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info