“İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans
Tarix: 11.12.2019 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə dekabrın 10-da Bakı şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib. Konfransa KİV və QHT təmsilçiləri, internet fəalları qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, konfransın keçirilməsində məqsəd informasiya təhlükəsizliyi ilə bağlı məsələləri aktual saxlamaq olub: “İnformasiya təhlükəsizliyi dünyanın trend mövzularındandır. Ölkə jurnalistlərini, internet üzərindən xəbər yayan informasiya istehsalçılarını beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaq günün zəruri məsələlərindəndir. Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Konfransın gedişində həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də xəbərin məzmun təhlükəsizliyi barədə müzakirələr keçirildi”.

Müşfiq Ələsgərli qeyd edib ki, konfransda həmçinin, yayılan informasiyaların məzmununa görə yaranan hüquqi məsuliyyət məsələsi də müzakirə edilib: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri sırasındadır. Konfransda sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.
JuHİ üzvü, beynəlxalq TOT təlimlərində iştirak etmiş Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri konfrans iştirakçıları ilə bölüşüb. Əməkdar jurnalist Azər Həsrət, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Eçin Mirzəbəyli, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev və digər çıxışçılar informasiyanın və informasiya istehsalçılarının təhlükəsizliyi yönündə maraqlı təcrübələrini bölüşüblər.
Tədbirin sonunda bir sıra jurnaistlərə “Beynəlxalq media vəsiqəsi” təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb
19.01.2020
Prezident İlham Əliyevin rəsmi “Facebook“ səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
18.01.2020
Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2020
Baş Prokurorluq sayt təsisçisi və baş direktoruna xəbərdarlıq edib
18.01.2020
20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info