Rüstəm İbrahimbəyov Cəmil Həsənli ilə görüşdən imtina etdi
Tarix: 13.09.2013 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


“Milli şura”nın “ölü doğulmuş körpə” olduğunu dəfələrlə qeyd etmişik. Bu qurumda bir araya gələnlərin üzdə gülüb arxada bir-birinə xəyanət etmələri haqda da dəfələrlə faktlar olub. Son zamanların narazılıqları isə artıq bu qurumda olan hər kəsə siraət edib. KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP lideri Rəsul Quliyev, EL hərəkatının nümayəndələri, İsa Qəmbər, Lalə Şövkət və digərələri hər həftə yeni itthamlarla çıxış edərək gündəmə təzə qalmaqallar gətirirlər. Ən maraqlısı isə budur ki, namizədlik məsələsinə xitam verilmiş Rüstəm İbrahimbəyov susqun mövqe sərgiləməyə başlayıb. Amma onun da meydana özünəməxsus şəkildə atılmasının şahidi olduq. Belə ki, “milli şura” sədri Rüstəm İbrahimbəyov qurumun vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinə qatılmaqdan imtina edib.
Dünənə qədər verdiyi açıqlamalarda sentyabrın 12-də Londona səfər edəcəyini və orada C.Həsənli və E.Namazovla birlikdə bir sıra görüşlərdə iştirak edəcəyini bildirən R.İbrahimbəyov bu dəfə də sözünə əməl etməyib.
“Milli şura” sədrinin London səfərinə qatılmaqdan imtina etməsinin səbəbləri isə çox ilginc olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, bu barədə kinodramaturq özü açıqlama verərək bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün İngiltərə paytaxtına getməyib: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim. Getməyəcəyəm”.
Qeyd edək ki, “milli şura” rəsmiləri də London səfəri barədə verdikləri açıqlamalarda bildirirdilər ki, R.İbrahimbəyov sentyabrın 12-də Moskvadan birbaşa Londona gedəcək və C.Həsənliylə oradakı görüşlərdə iştirak edəcək. Ancaq məlum oldu ki, R.İbrahimbəyov “milli şura”nın yaranmasından bəri verdiyi bütün vədlər kimi bu vədinə də xilaf çıxdı.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info