Bakıdakı bayram yarmarkalarında qiymətlər
Tarix: 11.12.2019 | Saat: 10:40:00 | E-mail | Çapa göndər


Yeni ilin yaxınlaşması ilə bağlı artıq paytaxt Bakıda bayram ab-havası hiss olunur. Mərkəzdə ağaclar bəzədilir, mağazalarda oyuncaqlar satılır və ən əsası da metro çıxışlarında Yeni il yarmarkaları fəaliyyətə başlayıb.
Trend-in əməkdaşı həmin yarmarkalarda satılan yeni il atributlarının qiymətləri və alıcı qüvvəsi ilə maraqlanıb. Əksər malların Çindən gəldiyini söyləyən sahibkar bildirib ki, yarmarka bir həftəyə yaxındır fəaliyyətə başlayıb, alıcıların sayı çoxalıb.
Satıcının sözlərinə görə, Yeni il atributlarından olan yolkanın qiyməti hündürlüyünə görə dəyişir. Normalda ən qısası (60 sm) 6 manat, ən hündürü isə (2.40 sm) 100 manatdır.
Sahibkar qeyd edib ki, gələn il siçan ili olduğuna görə yumşaq oyuncaqlar arasında daha çox bu heyvanı almağa üstünlük verilir. Qiymətlər isə 3-25 manat arası dəyişir. Ən bahalı hədiyyələr isə Yeni il suvenirləridir. Onların da qiyməti müxtəlifdir, ən ucuzu 30 manatdan başlayır. Bundan başqa, bayram yolkalarının bəzədilməsində istifadə edilən aksessuarların qiymətləri görünüşündən, ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir. Nisbətən sadə görünüşlü, kiçik bir bəzək əşyasını 1-1.50 manata almaq mümkündür.
Hədiyyələr arasında Qar qızı və Santa Klaus geyimləri də var. Böyüklər üçün olan geyimlərin qiyməti 8-15, uşaqlar üçün isə 3-10 manatdır.
Satıcı qeyd edib ki, ötən illə müqayisədə demək olar ki, heç bir dəyişiklik baş verməyib. Satılan mallar da, onların qiyməti də eyinidir.
Yarmarka dekabr ayının 31-nə kimi davam edəcək.
Xatırladaq ki, Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb. Hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Şağan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma bu il başa çatdırılacaq
29.01.2020
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
28.01.2020
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
2 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
3 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“
4 Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib
5 Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info