Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
Tarix: 11.12.2019 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) ilə qlobal “Baker Hughes” şirkəti ümumi dəyəri 1 milyon dollardan çox olan “JewelSuite” proqram təminatı lisenziyalarının Ali Məktəbə hədiyyə edilməsi barədə saziş imzalayıblar. Müqavilə “Energy Forward” konfransı çərçivəsində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Baker Hughes” şirkətinin Rusiya-Xəzər bölgəsi üzrə direktoru Qreyq Rasel tərəfindən imzalanıb.
“JewelSuite” proqram təminatınının tələbələr tərəfindən Xəzər hövzəsi daxilində spesifik sualtı problemlərin modelləşdirilməsi ücün istifadə edilməsi nəzərdə tutulur. Şirkət tərəfindən təchiz edilmiş aparıcı geoloji və geofiziki proqram təminatlarından istifadə edərək tələbələr zəruri iş təcrübəsini qazana biləcəklər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-i belə bir zəruri proqram təminatı ilə təmin etdiyi üçün “Baker Hughes” şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, 2015-ci ildən “Baker Hughes” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə Ali Məktəbin tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra zəngin bilik və təcrübəyə malik məzunlar işlə təmin olunurlar.
Qeyd edək ki, “Energy Forward” konfransı Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini və texniki ekspertləri bir araya gətirən qlobal tədbirdir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı
17.01.2020
UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
17.01.2020
Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümü qeyd olunub
17.01.2020
Aİİ-də Şura üzvləri və KİV təmsilçiləri imtahan sessiyasının gedişatını izləyiblər
17.01.2020
Aİİ-də 20 yanvar faciənin otuzuncu ildönümü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info