Azərbaycan yığması Ermənistanla eyni qrupa düşüb
Tarix: 11.12.2019 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Almaniyanın Frayzinq şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq. Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları oynayacaqlar. 16 yaşadək oğlan basketbolçulardan ibarət yığma isə C divizionunda qüvvəsini sınayacaq. Püşk komandamızı A qrupunda Uels, Andorra, Moldova və Şotlandiyaya rəqib edib. Qrupun qarşılaşmaları iyulun 11-19-da Kosovanın paytaxtı Priştinada keçiriləcək. Digər qrupda meydan sahibləri ilə yanaşı, Albaniya, Ermənistan, San-Marino, Cəbəllütariq və Malta gücünü yoxlayacaq. Qeyd edək ki, ümumilikdə 18 turnir üzrə yarışların püşkü atılıb.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazanıblar
19.01.2020
PSJ Edinson Kavanini 10 milyon avroya satmayıb
19.01.2020
PSJ Neymarla danışıqları bərpa etdi
19.01.2020
Makqreqordan 40-cı saniyədə nokaut
19.01.2020
“Mançester Siti“ və London klubları büdrəyiblər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info