Ankara İncirlikdəki aviabazanı Amerika əsgərlərinə bağlaya bilər
Tarix: 11.12.2019 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Ankara Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə ABŞ-ın tətbiq edəcəyi sanksiyalara cavab olaraq İncirlikdə aviabazanı Amerika əsgərlərinə bağlaya bilər. AZƏRTAC xəbər verir ki, bu bəyanatı “A Haber” telekanalına müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib. Xarici İşlər naziri deyib ki, Vaşinqtonun sanksiyalar tətbiq edəcəyi təqdirdə Türkiyə Amerika əsgərlərinin aviabazanı tək etməsini xahiş edəcək. Onun sözlərinə görə, Ankara Avropanın hava hücumundan müdafiə sisteminin yerləşdiyi Kürecik bazasının statusunu da dəyişə bilər. Çavuşoğlu xatırladıb ki, S-400 kompleksi müdafiə sistemidir və hücum məqsədləri üçün istifadə olunmayacaq. Türkiyəli nazir onu da qeyd edib ki, ABŞ-ın F-35 qırıcı-bombardmançılarının beşinci nəslinin onun ölkəsinə satılmayacağı təqdirdə Ankara Moskvadan alternativ təyyarələr ala bilər. “Əgər ABŞ F-35 təyyarələrinin tədarükündən imtina etsə, Rusiya bizə alternativlər təklif edə bilər”, deyə Çavuşoğlu vurğulayıb. Bu günlərdə ABŞ Konqresində keçirilən müzakirələrdə konqresmenlər Rusiyadan S-400 zenit-raket kompleksləri alan Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsinin zəruriliyini razılaşdırıblar. Onlar bu məqsədlə Türkiyəyə ayrılmış F-35 təyyarələrinin saxlanılması xərcləri üçün Pentaqona 30 milyon dollar ayırıblar. Ankaranın Rusiyadan silah almasına qədər bu təyyarələrdə türkiyəli pilotlar təlim keçirdilər.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Putin müddətsiz hakimiyyət barədə fikirlərini açıqladı
18.01.2020
Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar
18.01.2020
Mətbuat evindəki yanğında şübhəli məqamlar
18.01.2020
Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
17.01.2020
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin meyiti tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info