Səbailli müharibə veteranlarının toplantısı keçirilib
Tarix: 13.09.2013 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında müharibə veteranları, əlilləri, şəhid ailələri, Azərbaycanın Milli Qəhrəmanları və ailə üzvləri, məcburi köçkünlərin nümayəndələrinin, həmçinin Səbail rayon Sosial Müdafiə Mərkəzi, Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Toplantı Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən müxtəlif kateqoriyalardan olan vətəndaşların, o cümlədən şəhid ailələri, müharibə veteranları, əlillər, məcburi köçkünlərin pensiya və müavinətlərinin artırılması məsələlərinə həsr olunub.
Toplantını giriş sözü ilə açan AVMVB Səbail rayon şöbəsinin sədri ölkə başçısının sərəncamları ilə respublikamızda bir sıra sahələrdə çalışanların əmək haqlarının, əmək pensiyalarının, o cümlədən də müharibə veteranları, əlilləri, şəhid ailələri, məcburi köçkünlər və s. bu kimi imtiyazlı kateqoriyaya ail vətəndaşların pensiya və müavinətlərinin artırılmasından danışıb. Qeyd olunub ki, respublika iqtisadiyyatının sürətli inkişafı, dövlətimizin gün-gündən möhkəmlənməsi və tərəqqisi ilə bağlı ölkə başçısının müvafiq sərəncamdarı ilə əmək haqları, pensiya və müavinətlər də mütəmadi olaraq artır. Bu da ölkə vətəndaşlarının maddi durumunun artırılmasına, şəraitlərinin yaxşılaşdırılmasına səbəb olur. Qısa müddət ərzində məcburi köçkünlərlə bağlı böyük layihələr həyata keçirilib. Minlərlə məcburi köçkün ailələri müxtəlif rayonlarıda tikilmiş şəhərciklərə, o cümlədən Bakı şəhərində onlar üçün inşa olunmuş yeni evlərə köçürülürlər. Şəhid ailələri, müharibə əlilləri, veteranları, imtiyazlı kateqoriyadan olan vətəndaşlar Əmək və Əhalinin Soisal Müdafiəsi Nazirliyi tərəfindən tikilən çoxmənzilli binalarda mənzillərlə, həmçinin fərdi evlərlə təmin olunurlar. Dövlət tərəfindən hər il yüzlərlə əlilə pulsuz minik avtomobilləri verilir, sanator müalicələri təmin olunur. Bütün bunlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Yeni iş yerlərinin açılması işsizlik problemlərinin həllinə kömək göstərir. Ölkədə yoxsulluğun həddi aşağı düşür. Həyata keçirilən yeni layihələr sayəsində yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər sosial obyektlər tikilir, köhnələri təmir olunur, yeni yollar salınır.
Toplantıda iştirak edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev Azərbaycandakı iqtisadi irəliləyişdən, respublikada aparılan irimiqyaslı quruculuq və abadlıq işlərindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, müharibə veteranları, şəhid ailələri, əlillər, digər imtiyazlı şəxslərlə bağlı görülən işlər barədə məlumat verib.
Топлантыда Səbail rayon Sosial Müdafiə Mərkəzi, Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri çıxış edərək pensiya və müavinətlərin artımı ilə bağlı rayonda həyata keçirilən işlərdən danışıb, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info