Sumqayıtda SYSLAB Mərkəzinin açılışı olub
Tarix: 13.09.2013 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


2014-cü ildə belə bir mərkəzin Gəncədə açılması planlaşdırılır
BMT-nin İnkişaf Proqramı (BMTİP) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycanda Məşğulluğun və İnnovasiyanın Təşviqi” adlı birgə layihəsi çərçivəsində Sumqayıt SYSLAB Mərkəzi fəaliyyətə başladı. BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-nin Rezident nümayəndəsi Antonius Bruk Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə birlikdə Mərkəzin təntənəli açılışında iştirak edib.
A.Bruk SYSLAB mərkəzlərinin Azərbaycanda işsizliyin aradan qaldırılmasında rolunun olduğunu bildirib. O, həmçinin bu mərkəzlərin ölkədə məşğulluq probleminin həllində, eləcə də iş axtaran və işəgötürənlərin ehtiyaclarının ödənilməsində göstərdiyi dəstəyi vurğulayıb. SYSLAB Mərkəzi iş axtarma bacarıqlarının inkişaf etdirilməsi, bacarıqlara uyğun iş yerlərinin tapılması, özünü təqdim etmək və işə götürənlərin tələblərinə uyğun ünsiyyət qurmaq bacarıqları üzrə metodologiyalar hazırlayırlar. Onlar həmçinin işin tələb və ehtiyaclarına uyğun namizədin tapılmasında işəgötürənlərə yardım edirlər. Qeyd edək ki, bu layihə çərçivəsində ilk əvvəl Bakı SYSLAB Mərkəzi yaradılıb. Digər bir SYSLAB Mərkəzinin 2014-cü ildə Gəncədə açılması planlaşdırılıb. 2011-ci ildə SYSLAB adlı Norveçdə yerləşən qeyri-hökumət təşkilatı tərəfindən təqdim olunan bu innovativ metodologiyanın təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi birgə layihə imzaladılar. Layihə Azərbaycan və Norveç Hökuməti və BMTİP tərəfindən birgə maliyyələşdirilib. Layihənin məqsədi 2006-2015-ci illəri əhatə edən Azərbaycanın Milli Məşğulluq Strategiyasının həyata keçirilməsinə dəstək və işsizliyin aradan qaldırılması, eləcə də həvəsli və bacarıqlı işçi qüvvəsi vasitəsilə yerli və regional biznesin inkişafına töfhə verməkdir. Mərkəz indiyədək 160-dan çox işsizə təlim keçib və onlardan təxminən 86%-i işlə təmin olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info