Qərb nə vaxta qədər Ermənistanın başını tumarlayacaq?
Tarix: 13.09.2013 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


ABŞ-ın, Avropa İttifaqının, NATO-nun siyasi maraqlarının əksinə gedən Ermənistana qarşı adekvat münasibət göstərilmir
Ermənistanın Avropaya inteqrasiya prosesindən vaz keçərək Gömrük İttifaqına üzv olacağını elan etməsi bu ölkəyə qarşı mənfi münasibət formalaşdırıb. Avropalı məmurlar bəyan edirlər ki, bir ölkənin həm Gömrük İttifaqında olması, həm də Avropa İttifaqı ilə assosiativ sənəd imzalaması mümkün deyil. Avropa İttifaqına üzv olan dövlətlərin Ermənistana qarşı müəyyən siyasi-iqtisadi sanksiyalar tətbiq etməsi məsələsi gündəmdə olsa da, hələlik konkret qərar yoxdur. Amma maraqlıdır ki, amerikalı ekspertlər bu seçiminə görə avropalıların Ermənistana təzyiq etməsini doğru saymırlar. Corc Vaşinqton Universitetinin Beynəlxalq münasibətlər məktəbinin professoru Kori Velt hesab edir ki, Avropa İttifaqından Ermənistana təzyiq gözləməyə dəyməz: “Düşünmürəm ki, Avropa İttifaqını Ermənistanın Gömrük İttifaqı çərçivəsində qalması xüsusi şəkildə maraqlandırır. Çoxları düşünə bilər ki, seçim yanlışdır, amma bu seçimi edəcək ölkə Ermənistandır”. Ekspert bildirib ki, Avropa İttifaqının müəyyən ölkələr üçün seçdiyi formatda israr etməsi başa düşülən deyil. Onun fikrincə, assosiativ sənəd imzalanması ilə bağlı məsələ də növbəti simvolik mərhələdən, ən nəhayət mənasız diplomatiyadan ibarətdir: “Onların şərtlərinin həmin ölkələrə nə dərəcədə xeyirli olacağı hələ sual altındadır. Bu məsələnin iqtisadi tərəflərini həmin ölkələrin iqtisadi ekspertləri daha yaxşı təhlil edə bilərlər. Sonda qərarı verən həmin ölkələrdir”. Ermənistanın Avropa İttifaqının, ABŞ-ın maraqlarının əksinə mövqe tutaraq Rusiyadan olan asılılığını daha da artırması, rusların boyunduruğuna keçməyə hazır olduğunu ən yüksək səviyyədə elan etməsi Qərbdə bu ölkəyə qarşı təbii olaraq mənfi münasibət formalaşdırmalıdır. Ermənistan faktiki olaraq Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına ciddi şəkildə zərbə vurub. Digər tərəfdən Rusiyanı regiondan çıxarmaq, ən azı onun təsirini minimuma endirmək istəyən ABŞ-ın geosiyasi maraqlarının əksinə gedən Ermənistan bir az da Kremlə yaxınlaşır. Birləşmiş Ştatlara Türkiyə və İran sərhədində rus əsgərini olması sərfəli deyil. Amma Ermənistan Gömrük İttifaqı, sonradan Avrasiya İttifaqına üzv olmaqla sərhədlərini birdəfəlik ruslara təhvil verir. Yəni, Ermənistan ərazisini NATO-ya qarşı mübarizə aparan Rusiyaya verir. Amma ABŞ-ın, Avropa İttifaqının, NATO-nun siyasi maraqlarının əksinə gedən Ermənistana qarşı buna adekvat münasibət göstərilmir. Əslində Qərb dairələri Ermənistanı keçmiş SSRİ-nin bərpasına göstərdiyi yardıma görə cəzalandırmaları lazımdır. Çünki Kremlin start verdiyi inteqrasiya prosesinin məqsədi adı SSRİ olmasa da Qərbə qarşı yeni birlik, güc mərkəzi formalaşdırmaqdır. Bu fikri dövlət katibi olarkən Hillari Klinton da səsləndirmişdi. Xanım Klinton qeyd etmişdi ki, Avrasiya İttifaqının yaradılması keçmiş SSRİ-nin bərpa edilməsinə yönəlmiş addımdır və Vaşinqton buna imkan verməyəcək. Amma Ermənistan Qərbin, Birləşmiş Ştatların maraqlaına zidd olan mövqe tutmasına rəğmən hələ də başını tumarlayırlar. Bu azmış kim buna görə Ermənistanın mövqeyini müdafiə edən amerikalı ekspertlər də tapılır. İndi gəlin bir anlıq düşünək ki, analoji addımı Azərbaycan atıb. Təsəvvür edək ki, Putinin bir müddət əvvəl Bakıya etdiyi səfərdən sonra Azərbaycan rəsmi şəkildə bəyan edir ki, Avrasiya inteqrasya prosesini dəstəkləyir və ilk addım kimi Gömrük İttifaqına daxil olmağa razıdır. Elə bu bəyanatın “mürəkkəbi” qurumamış yəqin ki, Avropa Parlamenti, AŞPA Azərbaycanı kəskin tənqid edən qətnamə qəbul edərdi. Bunun ardınca “insan hüquqlarını” müdafiə edən, iqtisadi reytinqlər tərtib edən beynəlxalq təşkilatlar Azərbaycanla bağlı bir-birinin ardınca mənfi hesabatlar yaymağa start verərdilər. Avropa İttifaqı rəsmilərinin və okeanın o tayından səslənən tənqid bəyanatları bir-birini əvəzləyərdi. Azərbaycana qarşı böyük kampaniyaya start verilərdi. Amma bütün bunlar baş vermədi. Ona görə ki, Azərbaycan müstəqil dövlətdir və siyasi seçimləri ilə bağlı qərarları müstəqil şəkildə, milli maraqlarını əsas tutaraq qəbul edir. Daha Ermənistan kimi müxtəlif paytaxtlardan telefon zəngi, Lavrovdan göz ağartmaq gözləmir. Azərbaycanın müstəqil mövqe ortaya qoyması, hər bir güc mərkəzləri ilə məsafəli davranması bütün tərflərin maraqlarına uyğun gəlir. Amma Azərbaycanın bu balansı pozması böyük ajiotaja səbəb olar. Amma niyə eyni hal Ermənistana qarşı sərgilənmir? İkili standartlar üzərində qurulan dünya siyasətinin əsas gücləri görəsən nə vaxta qədər işğalçının başını tumarlayıb, onu öz adı ilə çağırmayacaq?.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info