Azərbaycan icması Danimarka Parlamentinə etiraz məktubu göndərib
Tarix: 13.09.2013 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti bu günlərdə bir qrup danimarkalı parlamentarinin Azərbaycanın işğal altındakı torpaqlarına səfər etməsi və qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirməsinə etiraz olaraq Danimarka parlamentinə məktub göndərib. Danimarkadakı Azərbaycan icması adından Parlamentin Xarici Siyasət Komitəsinin sədri Mette Gjerskova ünvanlanan etiraz məktubunda ölkə parlamentinin iki üzvünün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməsi haqda Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən narahatlıq bildirilir. Məktubda Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilərək, 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu faktın beynəlxalq hüquqla təsbit edildiyi, Azərbaycanın ərazi bütövlüyünün BMT və digər qurumlar, eləcə də Danimarka hökuməti tərəfindən tanındığı diqqətə çatdırılır: “Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkənin parlament üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi ziddiyyət təşkil edir. Ümid edirik ki, bundan sonra Danimarka parlamenti sadalanan faktları nəzərə alaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə belə səfərlərin qarşısını alacaq”. Qeyd edək ki, bir neçə gün əvvəl erməni mətbuatı bir qrup danimarkalı deputat və jurnalistin Azərbaycanın işğal altındakı torpaqlarına səfər etməsi, eləcə də qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirməsi haqda xəbərlər yayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info